XƏBƏR LENTİ
21 Fevral 2026
20 Fevral 2026
19 Fevral 2026
18 Fevral 2026
17 Fevral 2026
13 Fevral 2026
12 Fevral 2026
11 Fevral 2026



“Vugar Gashimov Fair Play Award”ın yeni sahibləri
İdman 12:34 / 05.02.2023

Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun adına təsis edilmiş "fair-play” mükafatının sahibləri Niderlandın Veyk-an-Zee şəhərində keçirilmiş "Tata Steel Chess” turnirində məlum olub. Vüqar Həşimov Şahmat Fondundan verilən məlumata görə, yarışın bağlanış mərasimində əsas və "challenge" yarışı üzrə fərqlənən qrosmeysterlər təltif ediliblər.

Fond tərəfindən təsis edilən mükafat əsas yarışda mübarizə aparan almaniyalı Vinsent Kaymer və "challenge"in iştirakçısı türk Mustafa Yılmaza verilib.

Hər iki şahmatçı bu mükafata ilk dəfə layiq görülüb.

"Vugar Gashimov Fair Play Award” 2016-cı ildən təqdim olunur.


28257 oxunub

InvestAZ