SON XƏBƏRLƏR
-
23.09.2026, 15:42
İdmanXüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
-
23.09.2026, 15:27
İdmanFutbola həsr olunan ömür
-
23.09.2026, 13:35
İdmanAzərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
-
23.09.2026, 11:34
İdman"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
-
23.09.2026, 11:08
İdmanŞahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
-
23.09.2026, 10:51
İdmanMillimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
-
23.09.2026, 10:33
İdmanDaha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
-
23.09.2026, 10:10
Gündəm"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
-
22.09.2026, 22:07
İdmanCüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
-
22.09.2026, 21:46
İdmanVeteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
-
22.09.2026, 16:04
MOKMOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
-
22.09.2026, 15:24
Müsahibə71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
-
22.09.2026, 13:20
İdmanCüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
-
22.09.2026, 13:14
İdmanAzərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
-
22.09.2026, 12:46
İdmanAŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
-
22.09.2026, 10:35
İdmanÜmumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
-
22.09.2026, 10:18
İdmanİki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
-
22.09.2026, 00:21
İdmanÜç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
-
21.09.2026, 19:44
İdmanCəlilabadda sərbəst güləş turniri keçirilib
-
21.09.2026, 17:38
İdman“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
-
21.09.2026, 17:37
İdmanAzərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
-
21.09.2026, 15:39
İdmanUşaqlar arasında əyləncəli idman yarışı keçirilib
-
21.09.2026, 13:51
İdman“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
-
21.09.2026, 12:31
İdmanYardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
-
21.09.2026, 12:03
İdman“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
-
21.09.2026, 11:53
İdmanƏdalət təmsilçimiz dünya çempionatına təyinat alıb
-
21.09.2026, 11:53
İdmanƏdalət təmsilçimiz dünya çempionatına təyinat alıb
-
21.09.2026, 11:34
İdmanBasketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik olub
-
21.09.2026, 11:18
İdmanÜç boksçumuz Avropa çempionatının 1/4 finalında
-
21.09.2026, 10:35
İdmanAzərbaycan çempionatı başa çatıb
-
21.09.2026, 10:14
İdmanAtletimiz dünya çempionatında iştirak edib
-
20.09.2026, 22:29
İdmanCüdoçumuz veteranlar arasında dünya çempionu olub
-
20.09.2026, 10:45
GündəmPrezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
-
20.09.2026, 09:05
GündəmBu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Növbəti cüdo təlim mərkəzi istifadəyə verildi
İdman
01.02.2023, 17:06
Sabirabadda cüdo təlim mərkəzinin istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib. Öncə Sabirabad icra başçısının müavini Ceyran Xəlilova, Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, qurumun baş katib Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, rayon gənclər və idman idarəsinin rəisi Nadir Quliyev rayon ictimaiyyətinin nümayəndələri və digər rəsmi şəxslər mərkəzdə yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, istifadəyə verilən cüdo təlim mərkəzi Sabirabadda bu idman növünün inkişafında mühüm rol oynayacaq. Yüksək səviyyədə təmir edilən mərkəzin ümumi sahəsi 322 m2 təşkil edir. Təlim mərkəzində bir dojo (cüdo məşq zalı) və bir fiziki hazırlıq zonası var. Onların sahəsi müvafiq olaraq 160 m2 və 46 m2-dir. Məşq zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan "Taishan” firmasının tatamiləri ilə təchiz olunub. Fiziki hazırlıq zonası məşğələlər üçün vacib olan zəruri avadanlıqlarla təchiz edilib.
Təlim mərkəzində idmançılar üçün lazımi şərait təmin edilib. Mərkəzdə məşqçi otağı, idmançılar üçün soyunub-geyinmə otaqları, duş və sanitar qovşaqlar mövcuddur. Həmçinin, təlim mərkəzi müasir isitmə sistemi ilə təmin edilib. Burada ay ərzində 200 nəfərə qədər uşaq, yeniyetmə və gənc cüdo ilə məşğul ola biləcək.
Tədbir günü Sabirabadan olan cüdoçular üçün dünya mükafatçısı Natiq Bağırov tərəfindən ustad dərsi keçirilib.
ACF-in vitse-prezidenti Elnur Məmmədli bildirib ki, Sabirabadda yeni istifadəyə verilən təlim mərkəzi Sabirabaddacüdonun daha da kütləvləşdirilməsi, yeniyetmələrin və gənclərin fiziki və mənəvi tərbiyəsinə öz töhfəsini verməklə yanaşı, gələcəkdə milli komandaların üzvü ola biləcək istedadlı idmançıların aşkarlanması baxımından da mühüm əhəmiyyət kəsb edir. Vitse-prezidentin sözlərinə görə, federasiya bundan sonrada regionlarda yeni cüdo məşq zallarının inşasına və bərpasına xüsusi diqqət ayıracaq.
Qeyd edək ki, regionlarda cüdo idman növü üzrə infrastrukturun yaxşılaşdırılması və təkmilləşdirilməsi ACF-in müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindən biridir. İndiyə qədər Gəncədə, Ağstafada və Sabirabadda istifadəyə verilən cüdo zalları ilə yanaşı, hazırda Sumqayıt, Zaqatala və Qazax şəhərlərində də müvafiq zalların təmir-tikinti işləri həyata keçirilməkdədir. Həmçinin, son bir il müddətində ACF tərəfindən 40-dan artıq cüdo idman zalına 3000-ə yaxın cüdo tatamisi paylanılması reallaşdırılıb. Federasiya digər şəhər və regionlarda da maddi-texniki bazanın təkmilləşdirilməsi üçün 2023-cü il ərzində davamlı olaraq fəaliyyət göstərəcək.