XƏBƏR LENTİ
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Naxçıvanlı bədii gimnastlar Bakıda hazırlıq keçirlər
İdman 10:03 / 22.01.2023

Milli Gimnastika Arenasının məşq zalı bu dəfə Zirə Mədəniyyət Mərkəzi və Naxçıvan Muxtar Respublikası stadionunun bədii gimnastika bölməsinin üzvlərinin ixtiyarına verilib. 19 gimnastın iştirakı ilə təşkil olunan təlim-məşq toplanışında idmançılara təcrübəli mütəxəssislərin rəhbərliyi altında ümumi və xüsusi fiziki hazırlıq, alət texnikası üzrə məşqlər keçirilir.

Bununla yanaşı, məşqçilər tərəfindən gimnastların proqramlarının təkmilləşdirilməsinə diqqət yetirilir.

Qeyd edək ki, Zirə Mədəniyyət Mərkəzində 2015-ci, Naxçıvan Muxtar Respublikası stadionunda isə 2016-cı ildən bədii gimnastika bölmələri fəaliyyət göstərir.


25206 oxunub

InvestAZ