XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Dünyanın ən böyük stadionun layihəsi hazırdır
İdman 13:56 / 14.04.2024

Mərakeşin 2030-cu ildə keçiriləcək dünya çempionatı üçün dünyanın ən böyük stadionunu tikmək istəyi yenidən gündəmə gəlib. Mərakeş bunun üçün yeni stadionun layihəsini təqdim edib. Yeni stadion "Grand Stade de Casablanca” adlanacaq. Arenanın tribunaları 115 min tamaşaçı tutacaq ki, bu da dünyanın bütün stadionlarından çoxdur. Stadion Əl-Mənsuriyyə şəhərində tikiləcək.

Mərakeşlilər bu stadionun tikintisindən sonra İspaniya və Portuqaliya ilə birlikdə ev sahibliyi edəcəkləri 2030-cu il dünya çempionatının finalına ev sahibliyi etmək hüququ əldə etmək istəyirlər. İspaniya tərəfi isə finalı Madrid və ya Barselonada keçirməyə ümid edir.

Xatırladaq ki, futbol üzrə dünya çempionatı ilk dəfə üç qitədə və altı ölkədə keçiriləcək. 2030-cu il dünya çempionatında ən çox matçlar Mərakeş, İspaniya və Portuqaliyada təşkil olunacaq. Üç oyun Cənubi Amerikada baş tutacaq. Açılış oyunun fiti Uruqvayda səslənəcək.



1189 oxunub

InvestAZ