XƏBƏR LENTİ
30 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Premyer Liqa: Çempion “Sabah”a məğlub oldu
İdman 21:02 / 14.04.2024

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun oyunlarına yekun vurulub.

Turun son oyununda "Sabah" komandası çempionluğu təmin edən "Qarabağ"ı qəbuı edib. "Bank Respublika Arena"da keçirilən oyun "tələbələr"in 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Paytaxt təmsilçisinin heyətində müvafiq olaraq, Amin Seydiyev, Cesse Sekidika və Tellur Mütəllimov fərqlənib. "Qarabağ”ın heyətində isə Leandro Andrade və Nəriman Axundzadə qolla yadda qalıb.

Bu nəticədən sonra xallarını 43-ə çatdıran "Sabah" beşinci pilləyə yüksəlib. Daha əvvəl çempionluğunu rəsmiləşdirən "Qarabağ" isə 72 xalda qalıb.


1667 oxunub

InvestAZ