XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



3x3 basketbol millimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
İdman 14:26 / 14.04.2024

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində final oyununa çıxıb. Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran həlledici görüşdə rəqib Polşa komandası olub. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunun əvvəllərindən hesabda geri düşən komandamız sonda qələbə qazanmağa müvəffəq olub. Yığmamız oyunu 18:17 hesablı qələbə ilə başa vuraraq, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bununla da Paris Olimpiadasına qazanılan lisenziyalarımızın sayı 17-yə çatıb.


1477 oxunub

InvestAZ