XƏBƏR LENTİ
04 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



"Olimpiadada iştirak uşaqlıq arzum olub"
İdman 16:02 / 09.04.2024

"San Antonio Spurs"un mərkəz oyunçusu Viktor Vembanyama Paris-2024 Yay Olimpiya Oyunlarında Fransa yığmasının heyətində çıxışı barədə barədə danışıb. "Böyük uğurlar barəsində heç bir şey düşünə bilmərəm. Sadəcə doğma divarlar önündə ölkəmin idman şərəfini qorumaq niyyətindəyəm. Olimpiadada iştirak uşaqlıq arzum olub. Mən uşaq olanda valideynlərimə 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunlarında basketbol komandasının tərkibində iştirak etmək istədiyimi deyirdim. Lakin bir az gecikdim. Amma hər şey bu və ya digər şəkildə yaxşı oldu. Bu fürsətdən maksimum yararlanmaq istəyirəm”, - Vembanyamanın sözlərini Eurohoops sitat gətirib.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Bu, Vembanyamanın iştirak edəcəyi ilk böyük beynəlxalq turnir olacaq.



1442 oxunub

InvestAZ