XƏBƏR LENTİ
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026



Avarçəkənimiz nüfuzlu yarışın qalibi oldu
İdman 00:20 / 05.12.2023

Monakodaşahzadə II Albertin şərəfinə sahil avarçəkməsi üzrə "Çağırış Kuboku-2023” Reqatası keçirilib. Sayca 18-ci dəfə təşkil edilən turnirdə 18 ölkədən olan 22 komandanın tərkibində 110 idmançı iştirak edib. Azərbaycanı bu yarışda yığma komandamızın üzvü Diana Dımçenko təmsil edib.

Diana "Çağırış Kuboku-2023” Reqatasında qarışıq 4 nəfərlik qayıqda avstriyalı Maqdalena Lobrinq, ABŞ idmançıları Kris Bak və Kori Rocerslə birgə mübarizə aparıb. 4000 metr məsafəyə keçirilən yürüşlərdə Diananın komandası finiş xəttinə hamıdan birinci çataraq çempion olub.


22331 oxunub

InvestAZ