SON XƏBƏRLƏR
-
13.09.2026, 22:43
İdmanİslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Katibliyinin üzvü vəfat edib
-
12.09.2026, 21:01
MOKAzərbaycan nümayəndə heyəti ISSA-nın 15-ci Baş Assambleyasında iştirak edib
-
12.09.2026, 19:28
MOKMOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yüksək fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif olunub
-
11.09.2026, 18:56
İdmanİdman Qazaxda birləşir: Təcrübədən gələcəyə körpü
-
11.09.2026, 18:15
İdmanYunan-Roma güləşçilərimiz toplanışa başlayırlar
-
11.09.2026, 17:03
İdmanAzərbaycan Atletika Federasiyasında hakimlərlə görüş keçirilib
-
10.09.2026, 15:08
İdmanTürkiyə yelkənçiləri Bakıda
-
10.09.2026, 14:38
İdmanRəşad Nəbiyev yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşüb
-
10.09.2026, 13:31
İdmanFederasiya prezidenti yeniyetmə voleybolçularla görüşüb
-
10.09.2026, 11:40
İdmanYelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
-
10.09.2026, 11:40
İdmanYelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
-
10.09.2026, 10:17
İdmanAzərbaycan İdman Akademiyasında ekspert Ceyms Bidlin rəhbərliyi ilə dəyirmi masa keçirilib
-
09.09.2026, 13:50
İdmanKata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
-
09.09.2026, 01:11
İdmanÇempionlar Liqası: Liqa mərhələsinə start verildi
-
08.09.2026, 12:31
İdmanVelosipedçimiz Almatıda dördüncü oldu
-
08.09.2026, 12:23
İdmanAzərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir
-
08.09.2026, 11:49
İdmanFormula 1: Azərbaycan Qran-prilərində marşal olmaq üçün 35 mindən çox müraciət qeydə alınıb
-
08.09.2026, 10:50
İdmanTürkiyəli mütəxəssis Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
-
08.09.2026, 10:12
İdmanÇempionlar Liqasında Liqa mərhələsinə start verilir
-
07.09.2026, 20:14
İdmanBadmintonçumuz “Cameroon International 2026” turnirinin mükafatçıları sırasında
-
07.09.2026, 16:06
İdmanPəhləvanlarımız Vladiqafqazdan 8 medalla Vətənə qayıdıblar
-
07.09.2026, 15:55
İdmanÜzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda
-
07.09.2026, 15:43
İdmanFərid Qayıbov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbuul edib
-
07.09.2026, 15:30
İdmanNicat Abbasov: Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdi - MÜSAHİBƏ
-
07.09.2026, 15:05
İdmanCüdo millimiz Bakıda beynəlxalq təlim-məşq toplanışında iştirak edir
-
07.09.2026, 14:56
İdmanAvropa çempionatında uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıblar
-
07.09.2026, 14:43
İdmanMillimiz U-23 dünya çempionatına Bakıda hazırlaşır
-
07.09.2026, 14:22
İdmanBakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunan fan zona yaradılıb
-
07.09.2026, 13:18
İdmanKamandan oxatma üzrə Bakı şəhər çempionatı keçiriləcək
-
07.09.2026, 12:30
İdmanCüdoçularımız Avropa birinciliyini 5 medalla başa vurdular
-
07.09.2026, 12:02
İdmanAzərbaycanı Avropa çempionatında iki paraüzgüçü təmsil edəcək
-
07.09.2026, 10:04
İdmanFiqurlu konkisürənimiz beynəlxalq turnirdə 6-cı yeri tutub
-
07.09.2026, 01:19
İdmanAzərbaycan xizəkçisi FIS Kontinental Kubokuna vəsiqə qazanıb
-
07.09.2026, 00:07
İdmanİsveçrədə uğurlu nəticə
AAF Prezidenti Kamran Nəbizadə Avropa birinciliyində 15 medal qazanmış komanda üzvləri ilə görüşüb
İdman
01.09.2026, 16:14
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının Prezidenti Kamran Nəbizadə Priştina şəhərində keçirilmiş Avropa birinciliyində 15 medal qazanmış komanda üzvlərini qəbul edib. Görüşdə AAF-ın vitse-prezidenti Firdovsi Umudov, yığma komandanın məşqçiləri, idmançılar və komandanın həkim heyəti iştirak ediblər. Atletləri salamlayan AAF Prezidenti Kamran Nəbizadə bildirib ki, Azərbaycanda idmanın inkişafı hər zaman prioritet istiqamətlərdən olub. O qeyd edib ki, Cənab Prezident İlham Əliyev tərəfindən idmançıların, xüsusilə də yeniyetmələrin sağlam mühitdə formalaşmasına böyük həssaslıqla yanaşılır. Müzəffər Ali Baş Komandanın aşıladığı qalib ruhun daşıyıcıları məhz bu gənclər və yeniyetmələrdir. Daha sonra Avropa birinciliyindəki çıxışına görə hər bir idmançıya təşəkkürünü bildirən Kamran Nəbizadə onlardan gələcəkdə daha böyük uğurlar gözlədiyini diqqətə çatdırıb: “Medal qazanan və Avropa birinciliyində iştirak edən hər bir idmançı ilə qürur duyuruq. Elə idmançılar oldu ki, onları medaldan 1-2 kq çəki ayırdı. Bugün qazanılan nəticə bizi sevindirir amma əlbəttə ki, inkişaf etməliyik, daha çox çalışmalıyıq. Burada məşqçilərimizin üzərinə böyük məsuliyyət düşür. Onların seçimi, onların işi düzgün qurması nəticəsini körpücükdə göstərir. Demək ki, çalışdıqca kəmiyyəti keyfiyyətə çevirmək mümkün olur. Əlbəttə ki, bütün bu uğurları nizam-intizam olmadan əldə etmək mümkün deyil. Bu baxımdan intizamlı kollektivin təşkilinə görə Firdovsi Umudova xüsusi təşəkkürümü bildirirəm. Hər birinizə gələcək yarışlarda uğurlar və yeni qələbə sevinci arzulayıram.”
Daha sonra AAF-ın vitse-prezidenti Firdovsi Umudov çıxış edib. O bildirib ki, Avropa birinciliyinə hazırlıq müddətində federasiya tərəfindən komanda üzvlərinə bütün şərait yaradılmışdı. Sevindirici haldır ki, idmançılar da bu şəraitin müqabilində onlara bəslənən etimadı doğrultdu: “Bu yarış məşqçi heyətimizin seçiminin də doğruluğunu isbat etdi. Yığma komandanın heyətinə öz çəkisində lider olan və ən əsası nəticələri ilə Avropa birinciliyində rəqabət apara biləcək idmançılar cəlb olunmuşdular. Nizam-intizam məsələsi bizim üçün həmişə öndə gəlib. Komandadaxili ab-hava qaydasında olmasa, orada uğurdan söhbət gedə bilməz. Ona görə də hər kəs ümumi qaydalara riayət etməli və bir amal ətrafında birləşməlidir. Qarşıda bizi böyük yarışlar gözləyir. Etdiklərimizi unudub, edəcəklərimizə fokuslanmalıyıq. Çünki bizim beynəlxalq arenalarda uğurlu çıxışımız, Bayrağımızın dalğalanması, Himnimizin səslənməsi deməkdir.
Daha sonra yığma komandanın baş məşqçisi Sərdar Həsənov Avropa birinciliyinin yekunları ilə bağlı danışıb: “İdmançıların hər birindən medal gözləyirdik. Çünki yaxşı hazırlıq keçmişdik. Bu müddətdə yaradılan şəraitə görə təşəkkürümü bildirirəm. Çünki hazırlıq yarışdan daha vacibdir. Çalışacağıq ki, gələcək yarışlarda da nəticələrimizi inkişaf etdirək.”
Görüşün sonunda AAF Prezidenti Kamran Nəbizadə komanda üzvləri ilə xatirə fotosu çəkdirib.