SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Xüsusi Olimpiya Komitəsinin idmançıları beynəlxalq turnirlərdə iştirak edəcəklər

Xüsusi Olimpiya Komitəsinin idmançıları beynəlxalq turnirlərdə iştirak edəcəklər

İdman

Bugün, 11:51

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin idmançıları Maltada keçiriləcək "Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışında çıxış edəcəklər.

Bu barədə Olimpiyadunyasi.com-a Xüsusi Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Hazırda komitənin atletləri yarışa hazırlıq çərçivəsində təlim-məşq prosesini davam etdirirlər. Turnir sentyabrın 10-14-ü aralığında baş tutacaq.

Bundan əlavə, 23-26 sentyabrda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə dünya çempionatı çərçivəsində "Xüsusi Olimpiya Açıq Cüdo Turniri 2026" keçiriləcək. Turnirdə ölkəmizi Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri təmsil edəcəklər. ​

Hazırda idmançılar yarışa hazırlıq məqsədilə təlim-məşq toplanışını davam etdirirlər.

Dİgər xəbərlər