XƏBƏR LENTİ
04 May 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



II Avropa Oyunlarının məşəli Monblan zirvəsində
Olimpiya oyunları 10:05 / 07.05.2019

Mayın 6-da beş Belarus alpinisti II Avropa Oyunlarının məşəlini Avropanın ən yüksək nöqtəsinə - Monblan zirvəsinə qaldırıblar.
"Olimpiya dünyası” qəzeti BELTA informasiya agentliyinə istinadla xəbər verir ki, çox mürəkkəb olan ekspedisiya zamanı belaruslu alpinistlər marşrutu iki dəfə təkrar etməli olublar. Onların günəşin çıxması ilə qürubu arasındakı vaxtda istirahət üçün cəmi bir gün vaxtları olub. İlk dırmanma üçün 5 gün sərf edən alpinistlər, ikinci cəhddə məşəli üç günə dağın zirvəsinə çatdıra biliblər. Ekspedisiyanın birinci günündə isə onlar şiddətli qar çovğunu ilə qarşılaşıblar.
Belarus alpinistləri məşəli yandırdıqdan sonra Monblan zirvəsindən enməyə başlayıblar.


38373 oxunub

InvestAZ