SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

“Judo Club 2012”nin yetirmələri beynəlxalq turnirin mükafatçıları sırasında    

“Judo Club 2012”nin yetirmələri beynəlxalq turnirin mükafatçıları sırasında    

İdman

Bugün, 13:06

Türkiyənin Ankara şəhərində yeniyetmə cüdoçular arasında beynəlxalq turnir keçirilib. Çankırı vilayətində təşkil olunan yarışda 14 ölkədən 1700-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb.

Olimpiyadunyasi.com xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycan komandasının heyatində “Judo Club 2012”nin yetirmələri də iştirak ediblər. Klubun baş məşqçisi İmran İmanovun rəhbərliyi altında tatamiyə çıxan cüdoçularımız uğurlu nəticə ilə yadda qalıblar.

Belə ki, İsmayıl Rüstəmli (-38 kq) və  Gövhər Hüseynova (-48 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına layiq görülüb.  Qeyd edək ki, hər iki cüdoçu “Judo Club 2012”nin baş məşqçisi İmran İmanovun yetirməsidir.

Dİgər xəbərlər