SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

AVRO-2026: Voleybol millimiz bu gün Bakıdakı ilk oyununa çıxır

AVRO-2026: Voleybol millimiz bu gün Bakıdakı ilk oyununa çıxır 

İdman

Bugün, 10:01

Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunlarına start veriləcək.

Olimpnews.az xəbər verir ki, açılış matçında Azərbaycan millisi Portuqaliya yığması ilə qarşılaşacaq. 

Milli Gimnastika Arenasında təşkil olunacaq oyuna Bakı vaxtı ilə saat 19:00-da start veriləcək. Qarşılaşmadan əvvəl, saat 18:15-də çempionatın açılış mərasimi təşkil olunacaq.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçi olduğu komandamız C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparacaq. Reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar pley-offa yüksələcək.

Bakıdakı oyunlar avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq. Sentyabrın 6-na qədər davam edəcək AVRO-2026 Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə keçirilir.

Dİgər xəbərlər