SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu adını qazandı 

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu adını qazandı 

İdman

Bugün, 18:18

Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) qızıl medal qazanıb.

Olimpiyadunyasi.com Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda yarımfinal mərhələsində Böyük Britaniyanı təmsil edən Daniel English ilə qarşılaşan İlham Zəkiyev rəqibinə ipponla qalib gələrək finala yüksəlib.

Final görüşündə isə ispaniyalı Qarros Suarez üzərində ipponla qələbə qazanan idmançımız Avropa çempionatının qızıl medalına layiq görülüb. 

Bu nəticə ilə İlham Zəkiyev karyerasında 10-cu dəfə Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, qitə çempionatında daha əvvəl Saleh Sultanov (J1, 81 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) bürünc medala sahib olub. 

Dİgər xəbərlər