SON XƏBƏRLƏR
-
14.08.2026, 13:54
İdmanGimnastımız dünya çempionatında iştirak edib
-
14.08.2026, 11:41
İdmanAzərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
-
14.08.2026, 10:59
İdmanDünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
-
14.08.2026, 10:22
İdmanAvropa çempionatının ilk günündə 3 boksçumuz qələbə qazanıb
-
14.08.2026, 10:08
İdman"Qarabağ" UEFA reytinqində Azərbaycanın əmsalını artırıb
-
13.08.2026, 22:14
İdmanKonfrans Liqası: "Qarabağ" pley-offa vəsiqə qazandı
-
12.08.2026, 19:33
İdman«Ən çox sevdiyim iş çörək bişirməkdir»
-
12.08.2026, 18:26
İdman“İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib
-
12.08.2026, 17:57
İdmanArgentinalı pilota ziyan vurublar
-
12.08.2026, 16:51
İdman“Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir
-
12.08.2026, 16:44
İdmanYardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar
-
12.08.2026, 15:26
İdman“Barselona” Lautaro Martinezi transfer siyahısına saldı
-
12.08.2026, 15:05
İdman"Mercedes" sürücüsü subaylıqla vidalaşır
-
12.08.2026, 14:38
İdman"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
-
12.08.2026, 14:24
İdmanAMADA voleybolçular üçün maarifləndirici tədbir keçirib
-
12.08.2026, 14:07
İdman"Şəfa" 4 futbolçu ilə müqavilə imzalayıb
-
12.08.2026, 13:55
İdmanLənkəranda səhər idmanı: sağlam həyat tərzinə çağırış
-
12.08.2026, 13:40
İdmanSennanın avtomobili satışa çıxarılıb
-
12.08.2026, 13:03
İdman“Barselona” yeni mövsümün üçüncü formasını təqdim etdi
-
12.08.2026, 12:49
İdmanDuşan Vlahoviç “Beşiktaş”la razılaşdı
-
12.08.2026, 12:14
İdman“İdman hamı üçün” kütləvi açıq idman tədbiri keçirilib
-
12.08.2026, 11:54
İdmanPilotların yay tətili bir illüstrasiyada yer alıb
-
12.08.2026, 11:43
İdman"Korintians" Memfis Depayla yollarını ayırdı
-
12.08.2026, 11:10
İdmanBu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək
-
12.08.2026, 10:50
İdmanMonako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir
-
12.08.2026, 10:30
İdmanKriştianu Ronaldo və Corcinya Rodriges evləndi
-
12.08.2026, 10:18
İdmanRoberto Martinez Niderland millisinin baş məşqçisi ola bilər
-
12.08.2026, 10:12
İdmanLeverkuzenlilərdən yeni transfer
-
12.08.2026, 00:15
İdman"Sabah"ın rəqibi müəyyənləşdi
-
11.08.2026, 22:38
İdman"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin edib
-
11.08.2026, 22:02
İdmanÇempionlar Liqası: "Sabah" pley-offa vəsiqə qazandı
-
11.08.2026, 21:08
İdmanHoradizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
-
11.08.2026, 13:50
İdmanBelçikalı ulduz futbolçu "Fənərbağça"da
-
11.08.2026, 10:28
İdmanÇempionlar Liqası: "Sabah" Bakıda Danimarka klubu ilə qarşılaşacaq
Qusarda güləşin dostluq körpüsü
İdman
04.08.2026, 15:17
İyulun 27-dən avqustun 4-dək Qusar Olimpiya İdman Kompleksində AİJA-nın təşkilatçılığı ilə sərbəst güləş üzrə II beynəlxalq güləş düşərgəsi keçirilib.
Olimpiyadunyasi.com xəbər verir ki, artıq ikinci dəfə təşkil olunan düşərgə yalnız idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsinə deyil, müxtəlif ölkələrin gənc güləşçiləri arasında təcrübə mübadiləsinin aparılmasına və dostluq münasibətlərinin möhkəmləndirilməsinə də xidmət edib. Təlim-məşq toplanışında Azərbaycanın müxtəlif bölgələrini təmsil edən yeniyetmə və gənc güləşçilərlə yanaşı, ABŞ, Özbəkistan və Avstriyadan olan 60 nəfərədək idmançı və məşqçi heyəti iştirak edib. Müxtəlif güləş məktəblərinin nümayəndələrinin eyni məkanda bir araya gəlməsi məşq prosesinə xüsusi rəng qatıb. Hər bir iştirakçı həm öz bacarıqlarını nümayiş etdirmək, həm də digər ölkələrin hazırlıq metodlarından faydalanmaq imkanı qazanıb. Düşərgənin əsas məqsədi beynəlxalq təcrübə mübadiləsini genişləndirmək, gənc güləşçilərin fiziki və texniki hazırlığını təkmilləşdirmək, eləcə də Azərbaycanla xarici ölkələr arasında idman və dostluq əlaqələrini daha da inkişaf etdirməkdən ibarət olub. Bu baxımdan Qusarda keçirilən toplanışın əhəmiyyəti təkcə məşq prosesi ilə məhdudlaşmayıb. Gənc idmançılar xalça üzərində rəqib, məşqdən kənarda isə dost kimi ünsiyyət quraraq bir-birlərinin mədəniyyətini və dünyagörüşünü daha yaxından tanımaq imkanı əldə ediblər. İştirakçılar gün ərzində üç dəfə məşq edərək qarşıdakı yarışlara hazırlıq səviyyələrini artırıblar. Gərgin məşq proqramı ilə yanaşı, istirahət günlərində müxtəlif əyləncəli tədbirlər də təşkil olunub. Bu fəaliyyətlər idmançıların asudə vaxtlarını səmərəli keçirməsinə, kollektiv daxilində ünsiyyətin və qarşılıqlı münasibətlərin möhkəmlənməsinə şərait yaradıb. Düşərgənin diqqətçəkən məqamlarından biri Azərbaycan və ABŞ güləşçiləri arasında forma hədiyyələrinin təqdim olunması olub. İdman formalarının qarşılıqlı hədiyyə edilməsi dostluq və həmrəyliyin rəmzinə çevrilib. Hazırlıq prosesinin sonunda isə Amerika və Azərbaycan güləşçiləri arasında dostluq görüşü keçirilib. Qeyd edək ki, tədbirin təşkilində AİJA-nın vitse-prezidenti Ramin Allahverdiyev, sərbəst güləş üzrə beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi Xəyal Əliyev və Əməkdar məşqçi Ağadədə Allahverdiyev koordinator kimi fəaliyyət göstəriblər.
Xəyal Əliyev beynəlxalq təlim-məşq düşərgəsinin ideyasının reallaşdırılması, məşq prosesinin səmərəli təşkili, xarici nümayəndə heyətləri ilə işin əlaqələndirilməsi və iştirakçıların hazırlıq proqramının koordinasiyasında fəal rol oynayıb. Onun təşkilatçılığı sayəsində düşərgə yüksək peşəkarlıq səviyyəsində həyata keçirilib və iştirakçılar üçün məhsuldar hazırlıq mühiti yaradılıb.