SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Taleh Nəsibov Avropa Minifutbol Federasiyasının Baş Assambleyasında iştirak edib

Taleh Nəsibov Avropa Minifutbol Federasiyasının Baş Assambleyasında iştirak edib

İdman

Bugün, 16:19

Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov Bratislavada keçirilən Avropa Minifutbol Federasiyasının 23-cü Baş Assambleyasında iştirak edib.

Tədbirdə Avropanın müxtəlif ölkələrindən olan üzv assosiasiyaların nümayəndələri iştirak ediblər.

Onlar minifutbolun gələcək inkişafı, strateji istiqamətlər və qarşıdakı layihələrlə bağlı fikir mübadiləsi aparıblar.

Assambleya çərçivəsində federasiyanın fəaliyyəti, əməkdaşlığın genişləndirilməsi və idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı mühüm məsələlər müzakirə olunub.

Federasiyanın rəhbəri Peter Kralik minifutbolun inkişafına verdikləri dəstək və töhfəyə görə bütün üzv assosiasiyalara təşəkkürünü bildirib.

Dİgər xəbərlər