SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

"Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib

\"Shamakhi Open 2026\" Beynəlxalq Şahmat Festivalının qalibləri müəyyənləşib

İdman

23.07.2026, 12:30

"Azərbaycan Şahmat Turu" çərçivəsində təşkil olunan "Shamakhi Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub.

Bu barədə Olimpiyadunyasi.com-a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 

Qrupunda 9 oyundan 8 xal toplayan Əhməd Əhmədzadə birinci yeri tutub. Hərəyə 7 xalı olan Vüqar Manafovla Xəzər Babazadə 2-3-cü yerləri bölüşdürüblər.

Festival çərçivəsində rapid və blits yarışları da baş tutub. Xəzər Babazadə rapid, Tunar Davudov isə blitsdə birincilik əldə edib.

Bağlanış mərasimində qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub. Yarışın qalibi 5 000 manat qazanıb.

Qeyd edək ki, turnirdə ümumilikdə 107 şahmatçı mübarizə aparıb. "Azərbaycan Şahmat Turu" çərçivəsində növbəti yarış "Vugar Gashimov Open" olacaq.

Dİgər xəbərlər