SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşəcəklər

 UFC döyüşçüləri Bakıda azarkeşlərlə görüşəcəklər 

İdman

23.06.2026, 15:21

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ərəfəsində idmançıların açıq məşqi və fan-zona təşkil olunacaq.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Tədbir iyunun 24-də, saat 17:00-da Dənizkənarı Milli Parkda, Yeddi Gözəl fəvvarəsinin yaxınlığında baş tutacaq.

Açıq məşqdə "UFC Fight Night Baku" turnirinin əsas döyüşünün iştirakçıları - azərbaycanlı Rafael Fiziyev və meksikalı Manuel Torres, gecənin ikinci əsas qarşılaşmasının iştirakçısı Şarabutdin "Shara Bullet" Maqomedov, eləcə də yerli döyüşçülər - Nazim Sadıxov və Fərman Həsənov iştirak edəcəklər.

Tədbir zamanı hər bir döyüşçü 10 dəqiqəlik nümayiş məşqi keçirəcək, daha sonra azarkeşlərin suallarını cavablandıracaq. Tədbir ictimaiyyət üçün açıqdır və giriş sərbəstdir.

Xatırladaq ki, "UFC Fight Night" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Dİgər xəbərlər