SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib

MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib

MOK

23.06.2026, 16:11

Milli Olimpiya Komitəsinin nümayəndəsi Ayan Xankişiyeva Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə iyunun 6-18-də Yunanıstanın qədim Olimpiya şəhərində keçirilən Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib.  

Olimpiyadunyasi.com xəbər verir ki, 95 ölkədən gənc nümayəndələri bir araya gətirən sessiya Olimpiya dəyərlərinin təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma olub. 
Sessiyanın əsas mövzusu “Hər bir idmançı üçün inklüzivliyin, dürüstlüyün və məsuliyyətin gücləndirilməsi” olub.
12 gün davam edən proqram çərçivəsində Azərbaycan təmsilçisi Olimpiya Hərəkatının müasir çağırışları, idmanda bərabərlik, etika və şəffaflıq mövzularına həsr olunmuş genişmiqyaslı mühazirə və seminarlarda fəal iştirak edib. 
Sessiyanın yekununda Ayan Xankişiyeva proqramı uğurla başa vurduğuna görə xüsusi diplomla təltif olunub və rəsmi olaraq “Gənc Olimpiya Səfiri” statusuna layiq görülüb.
Qeyd edək ki, bu növ beynəlxalq platformalar gənc mütəxəssislərin olimpiya dəyərlərini mənimsəməsi və beynəlxalq təcrübə qazanaraq bunu yerli səviyyədə tətbiq etməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Dİgər xəbərlər