SON XƏBƏRLƏR
-
14.08.2026, 13:54
İdmanGimnastımız dünya çempionatında iştirak edib
-
14.08.2026, 11:41
İdmanAzərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
-
14.08.2026, 10:59
İdmanDünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
-
14.08.2026, 10:22
İdmanAvropa çempionatının ilk günündə 3 boksçumuz qələbə qazanıb
-
14.08.2026, 10:08
İdman"Qarabağ" UEFA reytinqində Azərbaycanın əmsalını artırıb
-
13.08.2026, 22:14
İdmanKonfrans Liqası: "Qarabağ" pley-offa vəsiqə qazandı
-
12.08.2026, 19:33
İdman«Ən çox sevdiyim iş çörək bişirməkdir»
-
12.08.2026, 18:26
İdman“İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib
-
12.08.2026, 17:57
İdmanArgentinalı pilota ziyan vurublar
-
12.08.2026, 16:51
İdman“Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir
-
12.08.2026, 16:44
İdmanYardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar
-
12.08.2026, 15:26
İdman“Barselona” Lautaro Martinezi transfer siyahısına saldı
-
12.08.2026, 15:05
İdman"Mercedes" sürücüsü subaylıqla vidalaşır
-
12.08.2026, 14:38
İdman"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
-
12.08.2026, 14:24
İdmanAMADA voleybolçular üçün maarifləndirici tədbir keçirib
-
12.08.2026, 14:07
İdman"Şəfa" 4 futbolçu ilə müqavilə imzalayıb
-
12.08.2026, 13:55
İdmanLənkəranda səhər idmanı: sağlam həyat tərzinə çağırış
-
12.08.2026, 13:40
İdmanSennanın avtomobili satışa çıxarılıb
-
12.08.2026, 13:03
İdman“Barselona” yeni mövsümün üçüncü formasını təqdim etdi
-
12.08.2026, 12:49
İdmanDuşan Vlahoviç “Beşiktaş”la razılaşdı
-
12.08.2026, 12:14
İdman“İdman hamı üçün” kütləvi açıq idman tədbiri keçirilib
-
12.08.2026, 11:54
İdmanPilotların yay tətili bir illüstrasiyada yer alıb
-
12.08.2026, 11:43
İdman"Korintians" Memfis Depayla yollarını ayırdı
-
12.08.2026, 11:10
İdmanBu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək
-
12.08.2026, 10:50
İdmanMonako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir
-
12.08.2026, 10:30
İdmanKriştianu Ronaldo və Corcinya Rodriges evləndi
-
12.08.2026, 10:18
İdmanRoberto Martinez Niderland millisinin baş məşqçisi ola bilər
-
12.08.2026, 10:12
İdmanLeverkuzenlilərdən yeni transfer
-
12.08.2026, 00:15
İdman"Sabah"ın rəqibi müəyyənləşdi
-
11.08.2026, 22:38
İdman"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin edib
-
11.08.2026, 22:02
İdmanÇempionlar Liqası: "Sabah" pley-offa vəsiqə qazandı
-
11.08.2026, 21:08
İdmanHoradizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
-
11.08.2026, 13:50
İdmanBelçikalı ulduz futbolçu "Fənərbağça"da
-
11.08.2026, 10:28
İdmanÇempionlar Liqası: "Sabah" Bakıda Danimarka klubu ilə qarşılaşacaq
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
MOK
30.06.2026, 13:02
İyunun 30-da Dədə Qorqud parkında Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis edilməsinin 132-ci ildönümünə həsr olunmuş ənənəvi “Olimpiya Günü” tədbiri keçirilib.
Olimpiyadunyasi.com xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Olimpiya çempionları, idman veteranları, idman ictimaiyyətinin nümayəndələri, məktəblilər və valideynlər iştirak ediblər.
Tədbirin təşkil olunmasında əsas məqsəd Olimpiya Hərəkatına dəstək göstərmək, gənc nəsil arasında olimpizmi təbliğ etmək, olimpiyaçıları tanıtmaqdan ibarət olub.
Tədbirdə əvvəlcə BOK-un yaranma tarixi, Pyer de Kubertenin ideyaları və Olimpiya Hərəkatının əsas dəyərləri, həmçinin “Olimpiya Günü”nün tarixi və mahiyyəti haqqında məlumat verilib.
Qeyd olunub ki, “Olimpiya Günü” tədbiri 1996-cı ildən Azərbaycanda da mütəmadi şəkildə keçirilir və əsas məqsəd gənc nəslin idmana marağını artırmaq, sağlam həyat tərzini təbliğ etməkdir.
Sonra 1952-1992-ci illərdə Olimpiya Oyunlarında medallar qazanmış Azərbaycan idmançılarının nailiyyətlərinə həsr olunan geniş məlumat və videoçarxlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmin dövrün idman tariximizdə tutduğu mühüm yer xüsusi vurğulanıb.
Tədbirdə veteran güləşçilər adından çıxış edən Rafiq Hacıyev SSRİ dövründə Olimpiya Oyunlarında çıxış etmiş azərbaycanlı güləşçilərin ölkə idmanının formalaşmasında mühüm rol oynadığını bildirib. O, həmin nəslin qazandığı uğurların bu gün gənc idmançılar üçün nümunə və böyük irs olduğunu deyib.
MOK-un İcraiyyə Komitəsinin üzvü, Olimpiya çempionu Nazim Hüseynov çıxış edərək Olimpiya dəyərlərinin təbliğinin əhəmiyyətindən danışıb, gənclərə idmanla məşğul olmağı tövsiyə edib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə "Olimpiya Günü"nün Azərbaycanda artıq 30 ilə yaxındır qeyd olunduğunu vurğulayaraq, bu ənənənin hər il davam etdiyini deyib. O, tədbirdə iştirak edən idman veteranlarına və idmançılara minnətdarlığını bildirib və Milli Olimpiya Komitəsinin hər zaman onların yanında olduğunu qeyd edib. MOK-un vitse-prezident çıxışının sonunda bütün iştirakçıları "Olimpiya Günü" münasibətilə təbrik edərək hər kəsə uğurlar arzulayıb.
Sonra tədbir çərçivəsində məktəblilər arasında estafet qaçışı və kəndirdartma yarışları keçirilib. Yarışların qalibləri medal və diplomlarla mükafatlandırılıblar.
Sonda iştirakçılar və qonaqlar xatirə şəkli çəkdiriblər. Tədbir Olimpiya himninin səsləndirilməsi ilə başa çatıb.