SON XƏBƏRLƏR
-
Bugün, 10:11
İdmanAvarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
-
01.09.2026, 23:53
İdmanMillimizin üzvü karyerasını başa vurdu
-
01.09.2026, 23:33
İdmanMillimiz Avropa çempionatında mübarizəni dayandırdı
-
01.09.2026, 16:14
İdmanAAF Prezidenti Kamran Nəbizadə Avropa birinciliyində 15 medal qazanmış komanda üzvləri ilə görüşüb
-
01.09.2026, 11:56
İdmanAzərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu
-
01.09.2026, 11:44
İdmanMudrik "Tottenhem"də
-
01.09.2026, 11:37
İdmanİdmançımız 2 il müddətinə diskvalifikasiya edilib
-
01.09.2026, 10:50
İdmanRobert Sançes İtaliyaya yollanır
-
01.09.2026, 10:02
İdmanVoleybol millimiz AVRO-2026-da 1/8 final oyununa çıxır
-
01.09.2026, 02:09
İdman"Barselona" La Liqada yeniden liderliyə yüksəldi
-
31.08.2026, 22:19
İdman"Aquatic Palace Mini Water Polo Festival" keçirilib
-
31.08.2026, 18:11
İdmanCüdo millimiz beynəlxalq turnirdə 11 medalla birinci oldu
-
31.08.2026, 17:09
İdmanAzərbaycan Su İdman Növləri Federasiyası "Yay məktəbi" təşkil edəcək
-
31.08.2026, 16:55
İdmanKadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək
-
31.08.2026, 16:32
İdmanGənc cüdoçularımız Avropa çempionatında iştirak edəcəklər
-
31.08.2026, 16:29
İdmanAzərbaycan Basketbol Federasiyası məşqçilər üçün seminar və imtahan təşkil edəcək
-
31.08.2026, 16:04
İdmanAzərbaycan idmançıları kapoeyra üzrə beynəlxalq turnirdə altı medal qazanıblar
-
31.08.2026, 12:13
İdmanAzərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq
-
31.08.2026, 10:27
İdmanBoccia üzrə dünya çempionatında bürünc medal
-
29.08.2026, 16:32
İdmanUğursuzluq müvəqqəti, ləyaqət əbədidir...
-
29.08.2026, 02:21
İdman6 idmançımız çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib
-
28.08.2026, 23:23
İdmanAzərbaycan millisi Avropa çempionatının 1/8 finalında Türkiyə yığması ilə üz-üzə gələcək
-
28.08.2026, 20:40
İdmanAvropa çempionatı: Voleybol millimiz qrupdakı son oyunda məğlub oldu
-
28.08.2026, 18:17
İdmanAvarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
-
28.08.2026, 14:24
İdmanAzərbaycan idmançıları idman dırmanması üzrə Avropa çempionatında iştirak edəcək
-
28.08.2026, 12:33
İdmanGənclər arasında "Koreya Səfiri Kuboku" keçiriləcək
-
28.08.2026, 11:51
İdmanXüsusi Olimpiya Komitəsinin idmançıları beynəlxalq turnirlərdə iştirak edəcəklər
-
28.08.2026, 10:52
İdmanVoleybol millimiz qrupda son oyununa çıxacaq
-
28.08.2026, 09:52
İdman"Böyük Dəbilqə": Azərbaycanın beş cüdoçusu mübarizəyə başlayır
-
28.08.2026, 00:11
İdmanMillimiz ilk dəfə dünya çempionu oldu
-
27.08.2026, 22:58
İdman"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı
-
27.08.2026, 21:54
İdmanKamandan oxatanlarımız Gürcüstanda 7 medal qazanıblar
-
27.08.2026, 21:17
GündəmÇempionlar Liqası: "Sabah"ın rəqibləri müyyənləşdi - FOTO
-
27.08.2026, 19:51
İdmanDünya çempionatında 8 medal
Milli idman federasiyaları üçün “Təhlükəsiz idman” proqramı başa çatıb
MOK
05.06.2026, 13:14
Milli Olimpiya Komitəsinin (MOK) milli idman federasiyalarının nümayəndələri üçün təşkil etdiyi “Təhlükəsiz idman” proqramına iyunun 5-də yekun vurulub.
Olimpiyadunyasi.com xəbər verir ki, MOK-un inzibati binasında keçirilən təltifetmə mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri, AƏOH-un İcraiyyə Komitəsinin üzvü Xəzər İsayev, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov, MOK-un Atletlər Komissiyasının sədri Fəridə Əzizova və federasiya nümayəndələri iştirak ediblər.
İki gün davam edən proqramın əsas məqsədi idman mühitində təhlükəsizliyin təmin olunması, risklərin minimuma endirilməsi və beynəlxalq standartlara uyğun fəaliyyət mexanizmlərinin tətbiqi olub.
Mərasimdə çıxış edən Çingiz Hüseynzadə proqramın əhəmiyyətini vurğulayaraq bildirib ki, Milli Olimpiya Komitəsi 2023-cü ildən etibarən təhlükəsiz idman məsələlərinə xüsusi diqqət ayırır:
“Ümid edirəm ki, proqram hər bir iştirakçı üçün faydalı olub. Son üç il ərzində təhlükəsiz idman mövzusuna həsr olunmuş üç beynəlxalq forum təşkil etmişik. Həmin forumlarda xarici ölkələrin qabaqcıl mütəxəssisləri iştirak ediblər. Eyni zamanda, bu sahədə öz beynəlxalq səviyyəli mütəxəssislərimizi hazırlamağa nail olmuşuq. Son İslam Həmrəyliyi Oyunlarında təhlükəsiz idmanla bağlı bütün məsələlər artıq yerli mütəxəssislərimiz tərəfindən həyata keçirilirdi. Məqsədimiz federasiyalarda bu istiqamətdə işin daha səmərəli təşkili və hər bir federasiyada təhlükəsiz idman üzrə məsul şəxsin fəaliyyət göstərməsidir”.
Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim edilib, xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, tədbirin ilk günündə MOK-un Beynəlxalq Proqramlar Departamentinin rəhbəri Ceyhun Rəhmanov təhlükəsiz idmanın müasir idman idarəçiliyinin əsas prioritetlərindən biri olduğunu bildirib.
Daha sonra BOK tərəfindən sertifikatlaşdırılmış MOK-un təhlükəsiz idman üzrə inspektoru Vaqif Əliyev “Təhlükəsiz idman” təşəbbüsü ilə bağlı təqdimatla çıxış edərək konsepsiyanın mahiyyəti və federasiyalarda tətbiq mexanizmləri barədə ətraflı məlumat verib.
Proqram çərçivəsində BOK tərəfindən sertifikatlaşdırılmış MOK-un təhlükəsiz idman üzrə inspektoru Ayan Xankişiyeva tərəfindən siyasət və normativ sənədlərin strukturu, beynəlxalq təcrübə və metodiki materiallar təqdim olunub. Həmçinin risklərin qiymətləndirilməsi və idarə olunması sahəsində praktiki metodlar müzakirə edilib, real nümunələr əsasında təhlillər aparılıb.
Tədbirin ikinci günü hadisələrin araşdırılması, hesabatlılıq mexanizmləri və müdafiə tədbirlərinə həsr olunub. Qlobal idman aləmində baş vermiş müxtəlif hadisələr nümunə kimi təqdim edilib, onların təhlili aparılıb və çıxarılan nəticələr iştirakçılarla bölüşülüb.