SON XƏBƏRLƏR
-
01.09.2026, 11:56
İdmanAzərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu
-
01.09.2026, 11:44
İdmanMudrik "Tottenhem"də
-
01.09.2026, 11:37
İdmanİdmançımız 2 il müddətinə diskvalifikasiya edilib
-
01.09.2026, 10:50
İdmanRobert Sançes İtaliyaya yollanır
-
01.09.2026, 10:02
İdmanVoleybol millimiz AVRO-2026-da 1/8 final oyununa çıxır
-
01.09.2026, 02:09
İdman"Barselona" La Liqada yeniden liderliyə yüksəldi
-
31.08.2026, 22:19
İdman"Aquatic Palace Mini Water Polo Festival" keçirilib
-
31.08.2026, 18:11
İdmanCüdo millimiz beynəlxalq turnirdə 11 medalla birinci oldu
-
31.08.2026, 17:09
İdmanAzərbaycan Su İdman Növləri Federasiyası "Yay məktəbi" təşkil edəcək
-
31.08.2026, 16:55
İdmanKadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək
-
31.08.2026, 16:32
İdmanGənc cüdoçularımız Avropa çempionatında iştirak edəcəklər
-
31.08.2026, 16:29
İdmanAzərbaycan Basketbol Federasiyası məşqçilər üçün seminar və imtahan təşkil edəcək
-
31.08.2026, 16:04
İdmanAzərbaycan idmançıları kapoeyra üzrə beynəlxalq turnirdə altı medal qazanıblar
-
31.08.2026, 12:13
İdmanAzərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq
-
31.08.2026, 10:27
İdmanBoccia üzrə dünya çempionatında bürünc medal
-
29.08.2026, 16:32
İdmanUğursuzluq müvəqqəti, ləyaqət əbədidir...
-
29.08.2026, 02:21
İdman6 idmançımız çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib
-
28.08.2026, 23:23
İdmanAzərbaycan millisi Avropa çempionatının 1/8 finalında Türkiyə yığması ilə üz-üzə gələcək
-
28.08.2026, 20:40
İdmanAvropa çempionatı: Voleybol millimiz qrupdakı son oyunda məğlub oldu
-
28.08.2026, 18:17
İdmanAvarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
-
28.08.2026, 14:24
İdmanAzərbaycan idmançıları idman dırmanması üzrə Avropa çempionatında iştirak edəcək
-
28.08.2026, 12:33
İdmanGənclər arasında "Koreya Səfiri Kuboku" keçiriləcək
-
28.08.2026, 11:51
İdmanXüsusi Olimpiya Komitəsinin idmançıları beynəlxalq turnirlərdə iştirak edəcəklər
-
28.08.2026, 10:52
İdmanVoleybol millimiz qrupda son oyununa çıxacaq
-
28.08.2026, 09:52
İdman"Böyük Dəbilqə": Azərbaycanın beş cüdoçusu mübarizəyə başlayır
-
28.08.2026, 00:11
İdmanMillimiz ilk dəfə dünya çempionu oldu
-
27.08.2026, 22:58
İdman"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı
-
27.08.2026, 21:54
İdmanKamandan oxatanlarımız Gürcüstanda 7 medal qazanıblar
-
27.08.2026, 21:17
GündəmÇempionlar Liqası: "Sabah"ın rəqibləri müyyənləşdi - FOTO
-
27.08.2026, 19:51
İdmanDünya çempionatında 8 medal
-
27.08.2026, 19:41
Gündəm“Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
-
27.08.2026, 15:28
İdmanVeteran voleybolçumuz yeniyetmə və gənc voleybolçularla görüşüb
-
27.08.2026, 12:39
İdmanStolüstü tennisçilərimiz"Euro Mini Champs" turnirində iştirak edəcəklər
-
27.08.2026, 12:18
İdmanBu gün Çempionlar Liqasında Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək
Uğursuzluq müvəqqəti, ləyaqət əbədidir...
İdman
29.08.2026, 16:32
“Qarabağ” və Qurban Qurbanov haqqında
Bir komandanın və ya məşqçinin yalnız məğlubiyyət anında hədəfə alınması idman etikasına və vicdanlı düşüncəyə sığmır. Uğursuz bir oyundan sonra “Qarabağ” komandası və baş məşqçi Qurban Qurbanov haqqında sosial şəbəkələrdə başladılan tənqid dalğası da yaddaşsızlığın və naşükürlüyün bariz nümunəsidir.
“Qarabağ” adı illərlə təkcə yaşıl meydançalarda yox, dünya arenasında Azərbaycanın səsini ucaldan böyük bir brend, milli qürur rəmzi olub. Bu klubun təməlində Azərbaycanın Milli Qəhrəmanı, şəhidimiz Allahverdi Bağırovun ruhu və əməyi dayanır. Mən deyərdim, bu komandaya və onun baş məşqçisinə xalqımızın minnətdarlıq borcu var. “Qarabağ” bu gün fəaliyyətini dayandırsa belə, onun ölkə futboluna və Azərbaycanın tanıdılmasına verdiyi töhfələr silinməzdir.
Futbolda məğlubiyyət oyunun bir hissəsidir; dünya nəhəngləri - Braziliya, Almaniya, Niderland kimi ölkələr və nəhəng klublar belə vaxtaşırı uğursuzluqlar yaşayır. Lakin heç bir sivil cəmiyyətdə bir neçə zəif oyuna görə komanda və baş məşqçi daş-qalaq edilmir. Qurban Qurbanov, sadəcə, peşəkar məşqçi deyil, eyni zamanda yüksək mənəviyyata malik bir şəxsiyyətdir. O, “Şamaxı” ilə oyunda stadiondakı qar təmizləyərək oyunun keçirilməsi üçün öz heyəti ilə birlikdə fədakarlıq edən, hər addımında təvazökarlıq və məsuliyyət nümayiş etdirən bir insandır. Şamaxıdakı yerli infrastrukturdakı çatışmazlıqlara və maneələrə baxmayaraq, Avropa kubokları öncəsi komandasını hər cür çətinlikdən çıxarmaq üçün zəhmət çəkən bir mütəxəssisə paxıllıqla yanaşmaq ədalətsizlikdir.
Qurban Qurbanov və onun komandası idmanda uduza bilər, lakin öz şəxsiyyəti, əxlaqı və xalq qarşısındakı xidmətləri ilə həyatda heç vaxt uduzmur. Bu gün mənfi rəylər yazanlar unutmamalıdır ki, “Qarabağ”ın qazandığı uğurlar təkcə bir klubun deyil, bütün Azərbaycan xalqının qələbəsidir və bu tarixi heç bir müvəqqəti uğursuzluq kölgədə qoya bilməz.
Fazil Məşədiyev