SON XƏBƏRLƏR
-
24.08.2026, 19:15
İdmanSu İdman Növləri Federasiyası SUP üzrə turnir keçirib
-
24.08.2026, 18:59
İdmanBakıdakı çimərlik güləşi üzrə beynəlxalq yarışları idarə edəcək hakimlər bəlli olub
-
24.08.2026, 16:48
İdmanAğırlıqqaldıranımız Avropa birinciliyində bürünc medal qazanıb
-
24.08.2026, 15:39
İdmanIII "Ulduz Cup" beynəlxalq futbol turnirinə start verilib
-
24.08.2026, 15:18
İdmanParaüzgüçülərimiz Avropa çempionatına Gəncədə hazırlaşırlar
-
24.08.2026, 10:32
İdmanCüdoçularımız dünya çempionatından iki medalla qayıdıblar
-
24.08.2026, 10:15
GündəmBakıda ilk dəfə beynəlxalq “Ironman 70.3” triatlon yarışı keçiriləcək
-
22.08.2026, 19:02
MədəniyyətYaradıcılığı ilə Azərbaycana yeddi beynəlxalq sertifikat qazandırmış Nicat Ərtürk
-
22.08.2026, 18:16
İdmanKanoeçimiz dünya çempionatında iştirak edəcək
-
21.08.2026, 12:33
İdmanTaekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
-
21.08.2026, 12:20
İdmanAzərbaycanda ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək
-
21.08.2026, 12:09
İdmanAvropa çempionatı: Əli Baxışov finala vəsiqə qazanıb, Banuçiçək Nəsirli bürünc medala sahib olub
-
21.08.2026, 12:00
İdmanFormula 1 üzrə Azərbaycan Qran-prisi könüllüləri üçün təlim keçirilib
-
21.08.2026, 11:58
İdmanParagüllə atıcılarımız dünya çempionatına Bakıda hazırlaşırlar
-
21.08.2026, 11:43
İdmanAzərbaycan klubları UEFA reytinqində rekordu yeniləyiblər
-
21.08.2026, 11:10
İdmanUEFA reytinqindəki mövqeyimiz dəyişməyib
-
21.08.2026, 10:46
İdmanAğırlıqqaldıranımız Kosovoda bürünc medal qazandı
-
21.08.2026, 10:01
İdmanAVRO-2026: Voleybol millimiz bu gün Bakıdakı ilk oyununa çıxır
-
21.08.2026, 09:26
İdmanCüdoçumuz Ekvadorda dünya çempionu adını qazandı
-
21.08.2026, 08:38
İdmanAvropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirilib
-
21.08.2026, 00:07
İdmanKonfrans Liqası: "Qarabağ" səfərdə "Tvente"yə qalib gəldi
-
17.08.2026, 15:12
İdmanİki cüdoçumuz İspaniyada qızıl medal qazandı
-
17.08.2026, 14:25
İdmanAzərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalında
-
17.08.2026, 11:25
İdmanRodri “Barselona”ya keçir
-
17.08.2026, 10:05
İdmanMisli Premyer Liqası: "Qarabağ" "Şamaxı"ya qarşı
-
16.08.2026, 20:22
İdmanAzərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək
-
15.08.2026, 18:18
İdmanİlham Zəkiyev 10-cu dəfə Avropa çempionu adını qazandı
-
14.08.2026, 13:54
İdmanGimnastımız dünya çempionatında iştirak edib
-
14.08.2026, 11:41
İdmanAzərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
-
14.08.2026, 10:59
İdmanDünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
-
14.08.2026, 10:22
İdmanAvropa çempionatının ilk günündə 3 boksçumuz qələbə qazanıb
-
14.08.2026, 10:08
İdman"Qarabağ" UEFA reytinqində Azərbaycanın əmsalını artırıb
-
13.08.2026, 22:14
İdmanKonfrans Liqası: "Qarabağ" pley-offa vəsiqə qazandı
-
12.08.2026, 19:33
İdman«Ən çox sevdiyim iş çörək bişirməkdir»
Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə paylaşım edib
Müsahibə
10.05.2023, 11:14
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə rəsmi instaqram hesabında paylaşım edib.
Həmin paylaşımı təqdim edirik
Heydər Əliyevin nurlu xatirəsinə
10.05.2023. Şuşa.
Əsrarəngiz və bənzərsiz Şuşa.
Ağaclar sıx çətirli, hava təmiz, şəffaf, nəfəs sanki həyatverici eliksir kimidir. Səma son dərəcə mavidir.
Daş döşənmiş dar küçələr. Yerlə-yeksan olmuş evlər, dağıntılar, amma özünəməxsus, doğma görkəmini qoruyub saxlamış dağıntılar.
Ətrafda biçilməmiş sıx otlar. Bəzi yerlərdə al lalələr baş qaldırıb.
Şuşanın sədasını necə təsvir etmək olar? Bəzən bu, tam, lal sükutdur. Quşların səsi, yarpaqların pıçıltısı şəhərin nəfəsidir.
Gəzmək, küçə və döngələr boyu dolanmaq, ağaclara toxunmaq, qədim daşlara sığal çəkərək ovcunla güllələrin izini silmək istəyirsən.
Cıdır düzündə vaxtın necə keçdiyini hiss etmirsən. Ətrafda ancaq ucsuz-bucaqsız dağlar və mavi səma görünür. Otun üzərində uzanasan və bəxtin gətirsə, qartalların səssiz uçuşunu - sanki yavaşıdılmış çəkilişdəki kimi onların nəhəng qanad çalmağını seyr edəsən.
Sehrli Şuşa şəhərində qəlbində olan hisslərini təsvir etmək üçün sözləri necə seçəsən? Fikirlərməni keçmişə aparır...
Ölkə uçurum kənarındadır, işğal olunmuş torpaqlar, xəyanətin qurbanı olmuş Şuşa.
Köçkünlər, köçkünlər, yüz minlərlə köçkün...
Çaşqınlıq, bəla və sonsuz ağrı-acılar. Bax, belə bir vaxtda - 1993-cü ilin payızında Siz –yaşlı, ağır xəstəlik keçirmiş İnsan Azərbaycana rəhbərlik etməyə başladınız. Sanki Siz və ölkə eyni zamanda xəstəliyə düçar olmuşdunuz. Sanki itkilərin, ədalətsizliyin şiddətli ağrısı Sizi yenidən xalqa, xalqı isə Sizə qaytardı.
Sonrası Uca Tanrı tərəfindən yazılmışdır. Sonra bizi ecazkar Şuşa şəhərinə uzun yol gözləyirdi.
Sonra sağalma, dirçəliş, qurub-yaratma. Qürurumuzu özümüzə qaytarma. Zəfər qazanıldı!
Uca Tanrının yazısı Sizin müdrikliyiniz, sarsılmaz, möhkəm iradəniz, Vətəninizə, bizim hər birimizə sonsuz sevginiz sayəsində gerçək oldu.
Gözlərimin önündə sevincli, işıqlı, həyəcanlı xatirələr canlanır. Bu xatirələr mənimlədir, mənimlə olacaq.
Sizin gözləriniz, təbəssümünüz, gülüşünüz və göz yaşlarınız. Danışdığınız əhvalatlar, verdiyiniz məsləhətlər, heç də asan olmayan suallara cavablarınız. Bağışlamaq, sevmək bacarığınız.
Sizin əyilməzliyiniz, iradəniz, öz xalqınıza inamınız – bütün bunlar əbədi olaraq bizimlədir.
Orada - uzaqlarda, səmalarda Siz Şuşanın səsini eşidir və hamımıza öz sevginizi, bizə, Azərbaycana inamınızı göndərirsiniz.
Heç də təsadüfi deyil ki, bu gün Cıdır düzünün səmasında məğrur qartallar qanad çalır.
Sizə sonsuz ehtiramla