SON XƏBƏRLƏR
-
21.11.2026, 20:27
İdmanAzərbaycan ilk dəfə basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək
-
21.11.2026, 20:18
İdmanİlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
-
20.11.2026, 14:46
İdmanAzərbaycanın güləş millisi Gürcüstanda çempion olub
-
20.11.2026, 13:09
İdmanParataekvondoçumuz dünya çempionatında qızıl medal qazanıb
-
20.11.2026, 12:39
İdmanJurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək
-
20.11.2026, 12:11
İdmanPrezident İlham Əliyevin Qazax rayonunun idman obyektlərinə səfərləri və idmanın inkişafına göstərdiyi diqqət
-
20.11.2026, 11:21
İdmanU-20 millimiz növbəti yoldaşlıq oyununu keçirəcək
-
19.11.2026, 22:54
İdmanBakıda Xüsusi Olimpiya Avropa badminton turnirinin açılış mərasimi keçirilib
-
19.11.2026, 18:32
İdmanAzərbaycan Üzgüçülük Federasiyasının baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
-
19.11.2026, 18:10
İdmanYenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi oyun keçirilib
-
17.11.2026, 09:34
GündəmBu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
-
17.11.2026, 08:27
GündəmBirinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
-
17.11.2026, 00:37
GündəmPrezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
-
15.11.2026, 04:48
İdmanElnur Amanov: "Qazandığımız gümüş medal da yüksək nəticədir"
-
15.11.2026, 04:40
Olimpiya oyunlarıAdil Kazımlı: “Zəfər günündə medal qazandığım üçün çox xoşbəxtəm"
-
15.11.2026, 04:32
Olimpiya oyunlarıGülər Hüseynova: "Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək"
-
15.11.2026, 04:26
Olimpiya oyunlarıAnar Bağırov: “Belə çətin şəraitdə və çətin yarışlarda 6 medal qazanmaq böyük nailiyyətdir”
-
15.11.2026, 03:41
Olimpiya oyunlarıYeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının nümayəndə heyəti Vətənə qayıdıb
-
14.11.2026, 15:09
MədəniyyətTapdıq Əlibəylinin 65 illik yubileyinə həsr olunan kitabın təqdimatı olub
-
13.11.2026, 23:33
Olimpiya oyunlarıDakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
-
13.11.2026, 15:01
Olimpiya oyunlarıAzərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub
-
13.11.2026, 13:31
İdmanAzərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
-
13.11.2026, 12:10
Olimpiya oyunlarıBu gün Dakar-2026-nın bağlanış mərasimi keçiriləcək
-
13.11.2026, 10:47
İdmanUEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq
-
13.11.2026, 00:39
İdmanAzərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar
-
12.11.2026, 23:23
İdmanQılıncoynadanımız Dakar-2026-nın son günündə mübarizəyə başlayır
-
12.11.2026, 23:07
İdmanAzərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib
-
12.11.2026, 17:47
Olimpiya oyunlarıGülər Hüseynova: "Boks üzrə qızlar arasında Yeniyetmələrin Yay Olimpiya Oyunlarının ilk medalını qazandım"
-
12.11.2026, 17:32
GündəmAzərbaycan komandası Avropa çempionatında ikinci yeri tutub
-
12.11.2026, 16:14
Olimpiya oyunlarıBoksçumuz Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazandı
-
12.11.2026, 13:27
Olimpiya oyunlarıDakar-2026: Azərbaycan komandasının bayraqdarları müəyyənləşib
-
12.11.2026, 13:05
DigərAzərbaycan konstitusiyası - dövlətçilik tariximizin, suverenliyimizin və milli iradəmizin təcəssümü
-
12.11.2026, 10:29
GündəmBirinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
-
12.11.2026, 02:33
GündəmPrezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
Müsahibə
30.06.2026, 13:43
“Biz istəyirik ki, "Olimpiya Günü"ndə bütün azərbaycanlı olimpiyaçıları yad edək və onların tarixdəki rolunu gənc nəslə çatdıraq”.
Bu fikirləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu gün "Olimpiya Günü"nə həsr olunmuş tədbir zamanı jurnalistlərə musahibəsində qeyd edib.
O vurğulayıb ki, Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən 1948-ci ildən hər il iyun ayı ərzində, xüsusilə 23 iyun tarixində qeyd olunan "Olimpiya Günü" Azərbaycanda da uzun illərdir ənənəvi şəkildə keçirilir və bu tədbirlər çərçivəsində qaçış yarışları, müxtəlif idman növləri üzrə turnirlər və olimpiyaçılarla görüşlər təşkil olunur.
"Hər il olduğu kimi, bu il də “Olimpiya Günü”nü müxtəlif tədbirlərlə qeyd edirik. Budəfəki "Olimpiya Günü" tədbiri 1952-1992-ci illərdə Sovet İttifaqı tərkibində Olimpiya Oyunlarında çıxış etmiş azərbaycanlı idmançılara həsr olunub və məqsəd həmin dövrün idman irsini unutmamaqdır. Müstəqillik dövrünün olimpiyaçıları ictimaiyyətə yaxşı tanışdır, lakin Sovet dönəmində Olimpiya Oyunlarında iştirak etmiş idmançılarımızın bir qismi bu gün az xatırlanır, yeni nəsil isə onları demək olar ki, tanımır. Məhz buna görə bu tədbiri Olimpiya Oyunlarında iştirak edən azərbaycanlılara həsr etmişik, çünki SSRİ 1952-ci ildən Olimpiya Oyunlarında iştirak edib və elə ilk gündən yığma komandanın tərkibində idmançılarımız yer alıb. Sonrakı illərdə isə bir çox olimpiadalarda Olimpiya çempionları və mükafatçılarımız olub.”, - deyə Çingiz Hüseynzadə bildirib.
MOK-un vitse-prezidenti, eyni zamanda, qeyd edib ki, "Olimpiya Günü"nə həsr olunmuş silsilə tədbirlər bu ay yekunlaşsa da, il ərzində idman tədbirləri davam edəcək: “Bu il müstəqil Azərbaycanın Olimpiya Oyunlarında komanda şəklində ilk dəfə iştirak etdiyi Atlanta-1996 Olimpiyadasının 30 ili tamam olur. İlk Olimpiya komandamızın üzvləri və onların uğurları haqqında məlumatları ictimaiyyətə çatdırmaqla, idman tariximizdə xüsusi yeri olan bu tarixi hadisəni təntənəli şəkildə qeyd edəcəyik”.