SON XƏBƏRLƏR
-
20.11.2026, 14:46
İdmanAzərbaycanın güləş millisi Gürcüstanda çempion olub
-
20.11.2026, 13:09
İdmanParataekvondoçumuz dünya çempionatında qızıl medal qazanıb
-
20.11.2026, 12:39
İdmanJurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək
-
20.11.2026, 12:11
İdmanPrezident İlham Əliyevin Qazax rayonunun idman obyektlərinə səfərləri və idmanın inkişafına göstərdiyi diqqət
-
20.11.2026, 11:21
İdmanU-20 millimiz növbəti yoldaşlıq oyununu keçirəcək
-
19.11.2026, 22:54
İdmanBakıda Xüsusi Olimpiya Avropa badminton turnirinin açılış mərasimi keçirilib
-
19.11.2026, 18:32
İdmanAzərbaycan Üzgüçülük Federasiyasının baş katibi “USA Swimming” CEO-su ilə görüşüb
-
19.11.2026, 18:10
İdmanYenidənqurmadan sonra Xankəndi stadionunda ilk rəsmi oyun keçirilib
-
17.11.2026, 09:34
GündəmBu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
-
17.11.2026, 08:27
GündəmBirinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib
-
17.11.2026, 00:37
GündəmPrezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib
-
15.11.2026, 04:48
İdmanElnur Amanov: "Qazandığımız gümüş medal da yüksək nəticədir"
-
15.11.2026, 04:40
Olimpiya oyunlarıAdil Kazımlı: “Zəfər günündə medal qazandığım üçün çox xoşbəxtəm"
-
15.11.2026, 04:32
Olimpiya oyunlarıGülər Hüseynova: "Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək"
-
15.11.2026, 04:26
Olimpiya oyunlarıAnar Bağırov: “Belə çətin şəraitdə və çətin yarışlarda 6 medal qazanmaq böyük nailiyyətdir”
-
15.11.2026, 03:41
Olimpiya oyunlarıYeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının nümayəndə heyəti Vətənə qayıdıb
-
14.11.2026, 15:09
MədəniyyətTapdıq Əlibəylinin 65 illik yubileyinə həsr olunan kitabın təqdimatı olub
-
13.11.2026, 23:33
Olimpiya oyunlarıDakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
-
13.11.2026, 15:01
Olimpiya oyunlarıAzərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub
-
13.11.2026, 13:31
İdmanAzərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
-
13.11.2026, 12:10
Olimpiya oyunlarıBu gün Dakar-2026-nın bağlanış mərasimi keçiriləcək
-
13.11.2026, 10:47
İdmanUEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq
-
13.11.2026, 00:39
İdmanAzərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar
-
12.11.2026, 23:23
İdmanQılıncoynadanımız Dakar-2026-nın son günündə mübarizəyə başlayır
-
12.11.2026, 23:07
İdmanAzərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib
-
12.11.2026, 17:47
Olimpiya oyunlarıGülər Hüseynova: "Boks üzrə qızlar arasında Yeniyetmələrin Yay Olimpiya Oyunlarının ilk medalını qazandım"
-
12.11.2026, 17:32
GündəmAzərbaycan komandası Avropa çempionatında ikinci yeri tutub
-
12.11.2026, 16:14
Olimpiya oyunlarıBoksçumuz Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazandı
-
12.11.2026, 13:27
Olimpiya oyunlarıDakar-2026: Azərbaycan komandasının bayraqdarları müəyyənləşib
-
12.11.2026, 13:05
DigərAzərbaycan konstitusiyası - dövlətçilik tariximizin, suverenliyimizin və milli iradəmizin təcəssümü
-
12.11.2026, 10:29
GündəmBirinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
-
12.11.2026, 02:33
GündəmPrezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
-
12.11.2026, 00:15
Olimpiya oyunlarıAdil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”
-
11.11.2026, 23:25
Olimpiya oyunlarıBoksçumuz Dakar-2026-da final görüşünə çıxacaq
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
Olimpiya oyunları
13.11.2026, 23:33
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi təşkil olunub.
Olimpiyadunyasi.com xəbər verir ki, Diamniadiodakı Atletlər Kəndində yerləşən “Village Plaza”da keçirilən tədbir Oyunların açılış mərasimindən ən yaddaqalan anları əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Sonra iştirakçı ölkələrin paradı olub. Olimpiya ənənəsinə uyğun olaraq, paradın önündə Yunanıstan komandası yer alıb. Daha sonra digər ölkələrin idmançıları ilə birgə Azərbaycan komandası da paraddan keçib. Gender bərabərliyinə görə üçrəngli bayrağımızı Oyunların gümüş mükafatçıları - boksçu Gülər Hüseynova (51 kq) və taekvondoçu Adil Kazımlı (-73 kq) daşıyıblar.
Xatırladaq ki, oktyabrın 31-də Dakardakı Abdulaye Vade stadionunda keçirilən açılış mərasimində Azərbaycan bayrağını üzgüçülərimiz - III MDB Oyunlarının qalibi, VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Süleyman İsmayılzadə və VI İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı Məryəm Cavadova daşımışdılar.
Tədbir çərçivəsində Oyunların təşkilində iştirak edən könüllülərə minnətdarlıq ifadə olunub.
Ardınca Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin prezidenti Mamadou Diaqna Ndiaye çıxış edib. O, yarışların təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib, Seneqala gələn qonaqların bu ölkədən xoş təəssüratlarla, yeni dostluq əlaqələri və unudulmaz xatirələrlə ayrılacaqlarına ümidvar olduğunu söyləyib. Təşkilat Komitəsinin rəhbəri Seneqal xalqının nümayəndə heyətlərini böyük hörmət və səmimiyyətlə qarşıladığını vurğulayaraq iştirakçıları gələcəkdə yenidən ölkəsində görmək arzusunu ifadə edib.
Sonra Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri çıxış edib. O, ilk növbədə Təşkilat Komitəsinin prezidenti Mamadou Diaqna Ndiayeyə və onun rəhbərlik etdiyi komandaya son səkkiz il ərzində Oyunların təşkili istiqamətində göstərdikləri gərgin əməyə görə təşəkkür edib. BOK prezidenti könüllülərin və təşkilatçı heyətin xidmətlərini də xüsusi qeyd edərək onların bu mötəbər idman tədbirinin yüksək səviyyədə keçirilməsinə mühüm töhfə verdiklərini bildirib.
Kirsti Koventri idmançılara müraciətində Dakar-2026-nın Olimpiya tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, Afrika qitəsində ilk dəfə təşkil olunan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edən gənclər tarixi hadisənin bir parçasına çevriliblər. BOK prezidenti son 14 gün ərzində idmançıların qazandıqları təcrübənin, yaşadıqları sevincin və qurduqları dostluqların gələcək həyatlarında mühüm rol oynayacağına əminliyini ifadə edib.
O, gəncləri Oyunlarda qazandıqları təcrübədən ilhamlanaraq dünyanı dəyişməyə, daha yaxşı gələcəyin qurulmasına töhfə verməyə çağırıb. Kirsti Koventri idmançıların yalnız öz ölkələri üçün deyil, ailələri və təmsil etdikləri icmalar üçün də nümunə və ilham mənbəyi olduqlarını diqqətə çatdırıb.
BOK prezidenti çıxışının sonunda Seneqal xalqına və Dakar sakinlərinə göstərdikləri qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Çıxışlardan sonra Beynəlxalq Olimpiya Komitəsinin rəsmi himni səsləndirilib və Olimpiya bayrağı endirilib.
Qeyd edək ki, Dakar-2026-da 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunan Azərbaycan komandası Oyunları 3 qızıl və 3 gümüş medalla başa vurub. Qızıl medalları komandamıza cüdoçu İbrahim Talıbov (-55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazanıblar. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq), taekvondoçumuz Adil Kazımlı (-73 kq) və boksçumuz Gülər Hüseynova (51 kq) isə Oyunları gümüş medalla başa vurublar. Komandamız bu nəticə ilə ümumi medal sıralamasında 13-cü yeri tutub. Çin Xalq Respublikasının yığması 18 qızıl, 8 gümüş və 7 bürünc medalla birinci olub. Yaponiya komandası 11 qızıl, 8 gümüş və 9 bürünc medalla ikinci, Rusiya yığması isə 8 qızıl, 4 gümüş və 2 bürünc medalla üçüncü yeri tutub.