XƏBƏR LENTİ
17 İyul 2025
15 İyul 2025
14 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025



Fərid Qayıbov ötən ay ərzində uğur qazanan idmançılarla görüşüb
İdman 10:54 / 06.12.2023

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Ardınca nazir "Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib. Daha sonra Fərid Qayıbov beynəlxalq arenalardakı uğurlu çıxışa görə idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.

Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.

Atıcılıq, boks, cüdo, yunan-Roma güləşi, qadın güləşi, sərbəst güləş, batut gimnastikası, tamblinq, taekvondo, şahmat, kikboksinq, uşu, sumo, boccia, milli idman növləri, pankration, MMA, qrapplinq, bodibildinq və fitnes, kunq-fu, karate idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.

Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.


14089 oxunub

InvestAZ