XƏBƏR LENTİ
30 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Qadın və kişi idman gimnastlarının maraqlı mübarizəsi başa çatdı
İdman 22:12 / 03.12.2023

Milli Gimnastika Arenasının köməkçi zalında kişi idman gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, qadın idman gimnastikası üzrə isə 7-ci Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib. Yarışda "Ocaq Sport Klubu”, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, "Zirə Mədəniyyət Mərkəzi” və Balakəni təmsil edən 60 idmançı qüvvəsini sınayıb.

Turnirdə müsabiqədən kənar proqramla Monqolustan yığmasının 2 üzvü də kişilər arasında iştirak edib.
Kişi gimnastlar kiçiklər (2016-cı il təvəllüdlü), balacalar (2014-2015-ci il təvəllüdlü), uşaqlar (2012-2013-cü il təvəllüdlü), yeniyetmələr (2010-2011- ci il təvəllüdlü), gənclər (2008-2009-cu il təvəllüdlü, B kateqoriyası; 2006-2007-ci il təvəllüdlü, A kateqoriyası), böyüklər (2005-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
Qadın gimnastlar isə uşaqlar (2012-2013-cü il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü), gənclər (2008-2010-cu il təvəllüdlü), böyüklər (2007-ci il təvəllüdlü və daha böyük) yaş kateqoriyaları üzrə qüvvələrini sınayıblar.
Yarışın ilk günündə qadın idman gimnastikası üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər, kişi idman gimnastikası üzrə isə kiçiklər, gənclər və böyüklər arasında fərdi çoxnövçülükdə qaliblər müəyyənləşib.
Növbəti gün həm kişi, həm də qadın gimnastlar ayrı-ayrı alətlər üzrə çıxış proqramlarını təqdim ediblər.
Qadınlar arasında yeniyetmə, gənclər və böyüklər yaş kateqoriyası üzrə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər proqramı üzrə ən güclülər müəyyənləşib.
Kişilər arasında isə gənclər və böyüklər yaş kateqoriyaları üzrə sərbəst hərəkətlər, gimnastika atı, halqalar, dayaqlı tullanma, parallel qollar və turnikdə yarışın ən güclülərin adlarına aydınlıq gəlib.


22181 oxunub

InvestAZ