XƏBƏR LENTİ
27 İyul 2024
26 İyul 2024
25 İyul 2024



Avropa Kubokundan 4 medal
İdman 10:06 / 13.11.2023

Macarıstanın Györ şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokuna yekun vurulub. 28 ölkədən 512 (349 oğlan, 163 qız) idmançının iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Komandamız yarışı 2 gümüş, 2 bürünc medalla başa vurub. Təmsilçilərimizdən Emil Səfərov (-50 kq) və Kənan Sadıqov (-66 kq) yalnız finalda məğlub olaraq, gümüş medala sahib çıxıb. Əhməd Mehdiyev (-73 kq) və Əli Qazıməmmədov (-81 kq) isə üçüncü yeri tutub.

Yığmamız bu nəticə ilə medal əyarına görə ümumi hesabda 11-ci, oğlanlar arasında isə 6-cı yeri tutub.


9243 oxunub

InvestAZ