XƏBƏR LENTİ
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025



Stolüstü tennisçilərimizdən növbəti uğur
İdman 10:03 / 21.09.2023

Gürcüstanın Batumi şəhərində keçirilən stolüstü tennis üzrə dünya seriyalı "WTT Youth Contender” turnirində qızların yarışına yekun vurulub. Yarışda iştirak edən komandamızın daha iki üzvü bürünc mükafata layiq görülüb. Təmsilçilərimizdən Mərziyyə Nurmətova 15 yaşadək, Ləman Abdulhəmidova isə 19 yaşadək idmançıların mübarizəsində bu nəticəyə nail olub.

Xatırladaq ki, turnirin ilk günlərində 17 yaşadək idmançıların mübarizəsində gücünü sınayan Mərziyyə Nurmətova ilə Aylin Əsgərova üçüncü yeri tutub. Yağmur Məmmədli isə 13 yaşadək idmançılar arasında eyni nəticəni göstərmişdi.

Qeyd edək ki, sentyabrın 21-dən 24-dək məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə və Tunar Bağırovdan ibarət komanda Batumi sınaqlarında mübarizə aparacaq.


20426 oxunub

InvestAZ