XƏBƏR LENTİ
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025
27 Oktyabr 2025
24 Oktyabr 2025



Daha bir cüdoçumuz karyerasını başa vurdu 
İdman 12:10 / 04.09.2023

Azərbaycan millisinin daha bir cüdoçusu Məmmədəli Mehdiyev peşəkar karyerasını başa vurub. Çoxsaylı nüfuzlu beynəlxalq turnirlərin qalibi və mükafatçısı olan tatami ustası 30 yaşında cüdo ilə vidalaşıb.

Qurumun rəsmi saytına açıqlama verən M.Mehdiyev idmançılara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib: "Həmçinin bu yolda məni müşayiət edən məşqçilərimə, mənə dəstək olan Azərbaycan Cüdo Federasiyasına, milli komandanın tibbi və texniki heyətinə təşəkkürümü bildirirəm”.

Onun sözlərinə görə cüdo mükəmməl idman növüdür: "Cüdoda əsl dostluğu, mehribanlığı, səmimiyyəti və düzgünlüyü tapdım. Arzum nümunəvi vətəndaş kimi ölkəmə xidmət etmək və gənc nəsilə dəstək olmaqdır".

Məmmədəli Mehdiyev 2020 və 2022-ci illərdə böyüklər arasında Avropa çempionatında və 2019-cu ildə Avropa Oyunlarında bürünc medal qazanıb. Onun nailiyyətləri arasında "Böyük dəbilqə” və Qran-Pri yarışlarından ümumilikdə 21 medal var.

Qeyd edək ki, daha əvvəl Rüstəm Orucov və Orxan Səfərov da peşəkar karyeralarını başa vurublar.



20101 oxunub

InvestAZ