XƏBƏR LENTİ
26 May 2024
24 May 2024
23 May 2024
22 May 2024
21 May 2024
20 May 2024



Azarkeşlər kubok qazanan komandanı bədbəxt etdilər
İdman 19:20 / 06.06.2023

İsrail Futbol Federasiyasının İntizam Komitəsi "Beytar”ı Konfrans Liqasının seçmə mərhələsindən kənarlaşdırıb. Klub ölkə kubokunun finalından sonra mükafatlandırma mərasimini pozduğuna görə cəzalandırılıb. Finalda "Beytar” "Makkabi”yə (Netanya) 3:0 hesabı ilə qalib gəlib. Final fitindən sonra komandanın azarkeşləri meydançaya qaçaraq mükafatlandırma mərasimini pozublar, təhlükəsizlik işçiləri isə İsrail prezidenti İsaak Hersoqu təcili olaraq stadiondan təxliyə etməli olublar.

Konfrans Liqasının seçmə mərhələsində iştirakdan kənarlaşdırılmaqla yanaşı, "Beytar" 20 min dollar məbləğində cərimə olunub. Həmçinin, İsrail çempionatında 2023/24 mövsümündə komandanın üç xalı silinəcək və hadisə təkrarlanacağı təqdirdə klubun ölkə kubokunda qazandığı qələbə ləğv ediləcək. "Beytar" İsrail Futbol Federasiyasının Ali Arbitraj Şurasına apellyasiya şikayəti verməyə hazırlaşır. Komandanın azarkeşləri Avro-2024-ün seçmə mərhələsi çərçivəsində iyunun 19-da Teddi stadionunda keçiriləcək İsrail və Andorra matçını pozmaqla hədələyirlər.




7735 oxunub

InvestAZ