XƏBƏR LENTİ
06 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025



Azərbaycan Premyer Liqası: Bu gün sonuncu dövrəyə start veriləcək
İdman 09:29 / 31.03.2023

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu – dördüncü dövrəyə start veriləcək. İlk oyun günündə bir görüş təşkil olunacaq. XXVIII turun açılış matçında "Turan Tovuz” klubu "Sumqayıt”ı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:30-da başlayacaq.

Hazırda Tovuz təmsilçisi 28 xalla altıncı, "Sumqayıt” klubu isə 21 xalla səkkizinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun "Kəpəz” – "Səbail” və "Zirə” – "Neftçi” oyunları aprelin 1-də, "Şamaxı” – "Qarabağ” və "Sabah” – "Qəbələ” görüşləri isə aprelin 2-də keçiriləcək.


17212 oxunub

InvestAZ