XƏBƏR LENTİ
24 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



ASAPES və MGİMO-nun ikili diplom proqramının Moskva mərhələsi davam edir
İdman 12:33 / 16.03.2023

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MGİMO) ikili diplom proqramı çərçivəsində təhsil alan "İdman menecmenti” magistr proqramının birinci kurs tələbələri üçün Moskva şəhərində dörd modul üzrə tədris prosesi davam edir. MGİMO-da tədris proqramının açılışı ilə əlaqədar təşkil olunan tədbirdə ali təhsil ocağının prorektoru Artyom Malqin, ASAPES-in prorektoru Təhminə Tağı-zadə, proqram rəhbəri, RMOU-nun prorektoru Nikolay Peşın, Biznes və Beynəlxalq Bacarıqlar Məktəbinin direktoru Anjelika Mirzoyeva, İdman menecmenti və kommunikasiya kafedrasının müdiri Nailə Kələntərli və Sosial elmlər kafedrasının müdiri Lalə Əhmədova çıxış edərək tələbələrə uğurlar arzulayıblar.

Proqram çərçivəsində magistrantlara "İdman hüququ”, "İdman marketinqi”, "Milli idman tənzimlənməsi sistemləri” və "Antidopinq qaydaları” fənləri tədris edilir. Bundan başqa, onlar üçün "Qazprombank” ASC-nin nümayəndələri ilə görüş, "İdman tədbirlərinin və təşkilatların sponsorluğu, uzunmüddətli tərəfdaşlıqların qurulması”, "İdman yarışlarının sponsorluğu, sponsorluğun aktivləşdirilməsi və azarkeşlərin cəlb edilməsi” mövzusunda mühazirələr, VTB Arenasına ekskursiya, "Maxima Park” Atçılıq Klubu, İrina Viner Gimnastika Sarayı ilə tanışlıq və Leonid Tyaqaçov xizək klubuna ziyarət də nəzərdə tutulub.


29204 oxunub

InvestAZ