XƏBƏR LENTİ
29 Yanvar 2026
28 Yanvar 2026
27 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026



Bakıda “İdman zonası” istifadəyə verildi
İdman 13:17 / 14.03.2023

Martın 14-də Bakıda "İdman zonası” istifadəyə verilib. Xətai rayonu, Əhmədli qəsəbəsində yaradılan "İdman zonası"nda minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, uzunluğa tullanma zolağı, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib. Bundan əlavə, sakinlərin istirahət etməsi üçün oturacaqlar quraşdırılıb.

Gənclərin internet tələbatını nəzərə alaraq və layihəyə dəstək məqsədilə idman zonası "Birlink" provayderi tərəfindən ödənişsiz "wi-fi” xidməti ilə təmin edilib.

Açılışda gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, idman səfirləri Aynur İmanova, Aliyə Paşayev, Maksim Medvedev, İslam Həmrəyliyi Oyunlarının qalibi, basketbolçu Zaur Paşayev də iştirak ediblər.


19793 oxunub

InvestAZ