XƏBƏR LENTİ
22 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Boksçularımız Millətlər kubokunu 11 medalla başa vurdular
İdman 10:26 / 23.01.2023

Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər kubokuna yekun vurulub. 13 ölkədən 100-dən çox idmançının iştirak etdiyi Millətlər kubokuna 12 boksçu ilə yollanan yığmamız 11 - 2 qızıl, 3 gümüş və 6 bürünc medala sahib çıxıb. İlin ilk beynəlxalq yarışında yeniyetmələrin mübarizəsində Banuçiçək Nəsirli (46 kq) və gənclərdə Emili Rzayeva (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarışın sonuncu - altıncı günündə Azərbaycan millisi aktivinə 3 gümüş medal yazdırıb. Gənc boksçular arasında Lalə Mədətova (48 kq) və Aynur Mikayılova (52 kq), böyüklərdə isə Şəhla Allahverdiyeva (66 kq) turniri ikinci pillədə başa vurublar.

Məktəbli boksçular arasında bürünc medallara isə Səma Hüseynova (54 kq), gənclərdə Aysu İsmayılova (48 kq), Nərmin Əlizadə (50 kq) layiq görülüb. Böyüklərin mübarizəsində isə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq) və Esmira Məmmədova (63 kq) bürünc medallara yiyələnib.


24918 oxunub

InvestAZ