XƏBƏR LENTİ
07 Dekabr 2023
06 Dekabr 2023
05 Dekabr 2023
04 Dekabr 2023



4 ölkənin iştirakı ilə keçirilən beynəlxalq turnir başa çatdı
İdman 10:29 / 29.11.2022

Azərbaycan Karate Təşkilatının (AKT) "Caspian Open” beynəlxalq karate turniri keçirilib.

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəstəyi ilə Bakı İdman Sarayında təşkil edilən növbəti yarışda 4 ölkədən 1000-dən artıq idmançı iştirak edib. Yarışın açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Turnirin təşkilatçılarından Azərbaycan Vado-Ryu Karate-Do Federasiyasının prezidenti Vilayət Əmirov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AMKF-in baş katibi Camal Murtuzəliyev, eləcə də digər fəxri qonaqlar çıxışlarında döyüş sənəti olan karate idman növünün ölkəmizdə inkişafından danışıblar və idmançılara uğurlar arzulayıblar. Qonaqlara fəxri diplomlar təqdim edildikdən sonra, mərasim bədii hissə və nümunəvi çıxışlarla davam edib.

AKT-nin prezidenti Rənad Əliyev və vitse-prezident Gündüz Mahmudov çıxış edərək 6-18 yaşlı uşaq, yeniyetmə və gənclər arasında keçirilən "Caspian Open” turnirinə böyük maraq olduğunu, qarşıdakı dövrdə yarışa bir sıra yeni ölkələrin də cəlb ediləcəyini bildirib.

Yarışın yekun nəticəsinə görə, "Arpaçay”, "Qara Qaplan” və Fövqaladə Hallar Nazirliyinin(FHN) karate klubu fərqlənərək ilk üçlükdə yer alıb.


9369 oxunub

InvestAZ