SON XƏBƏRLƏR
-
01.10.2026, 16:57
İdmanAzərbaycan Basketbol Liqasının I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb
-
01.10.2026, 15:19
İdmanAzərbaycanın U-20 voleybol millisi EEVZA çempionatına Qubada hazırlaşır
-
01.10.2026, 14:41
İdmanBakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
-
01.10.2026, 13:55
İdmanÜzgüçülərimiz Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
-
30.09.2026, 23:26
İdmanBasketbol Liqası: "Sabah" açılış oyununda qələbə qazandı
-
30.09.2026, 23:15
İdmanMingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib
-
30.09.2026, 22:30
İdman"Neftçi" FIBA Avropa Kubokunda əsas mərhələyə vəsiqə qazanıb
-
30.09.2026, 21:19
İdman“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
-
30.09.2026, 19:17
İdmanVoleybolçularımız Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək
-
30.09.2026, 18:10
İdmanBoksçularımız Avropa çempionatı üçün Budvaya yollanırlar
-
30.09.2026, 17:59
İdmanStolüstü tennisçilər Tbilisidən 5 medalla qayıdırlar
-
30.09.2026, 16:50
İdmanFüzulidə Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətinə dair mətbuat konfransı keçirilib
-
30.09.2026, 16:04
İdmanTələbələr üçün praktiki ustad dərsləri təşkil olunub
-
30.09.2026, 15:14
İdmanOyan Nəzəriani: “Çimərlik güləşində iddialı ölkələrdən biriyik”
-
30.09.2026, 14:23
İdman“Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi
-
30.09.2026, 14:14
İdmanAzərbaycan Alpinizm Federasiyasına yeni prezidenti seçilib
-
30.09.2026, 13:14
İdmanFormula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
-
30.09.2026, 11:12
İdmanŞose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımız müəyyənləşib
-
30.09.2026, 11:02
MOKQırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
-
30.09.2026, 10:25
İdmanAzərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
-
30.09.2026, 10:06
İdman“Neftçi” Avropa Kubokunda cavab oyununa çıxır
-
30.09.2026, 00:15
İdmanAlmatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
-
29.09.2026, 23:21
İdmanKöndələn su anbarında uşaq və yeniyetmələr üçün kayak təlimi keçirilib
-
29.09.2026, 22:47
Gündəm“Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə start verilib
-
29.09.2026, 22:29
İdmanTennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
-
29.09.2026, 20:28
İdmanAzərbaycan Basketbol Federasiyasının son mövsümün hesabatı və yeni mövsümün açılışı ilə bağlı tədbir keçirilib
-
29.09.2026, 12:22
GündəmPrezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
29.09.2026, 11:57
GündəmFIFA prezidenti Azərbaycana gəlib
-
29.09.2026, 11:45
İdmanFutzal üzrə U-19 millisi Avropa çempionatında mübarizəyə əsas mərhələdən başlayacaq
-
29.09.2026, 10:50
İdmanQadın basketbolçulardan ibarət millimizə baş məşqçi təyin olunub
-
29.09.2026, 10:40
İdmanVoleybol üzrə qızlardan ibarət yığmalarımızın yeni baş məşqçisi müəyyənləşib
-
28.09.2026, 18:39
İdmanFüzulidə "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri öncəsi sakinlərlə görüş keçirilib
-
28.09.2026, 16:14
İdmanGənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
-
28.09.2026, 13:19
İdmanCüdoçularımız Xüsusi Olimpiya açıq turnirində 5 medal qazanıblar
Qadın basketbolçulardan ibarət millimizə baş məşqçi təyin olunub
İdman
29.09.2026, 10:50
İoannis Diamantakos basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi və bütün yaş qrupları üzrə qadın yığmalarının koordinatoru təyin olunub.
Bu barədə Azərbaycan Basketbol Federasiyasından (ABF) məlumat verilib.
ABF yunanıstanlı mütəxəssislə 2 illik müqavilə imzalayıb.
O, son olaraq Səudiyyə Ərəbistanının "AlUla" klubunun baş məşqçisi kimi fəaliyyət göstərib.
Mütəxəssis Livan Basketbol Federasiyasında texniki koordinator, Livanın qadınlardan ibarət əsas millisinin, eləcə də U-18 oğlan və qız yığmalarının baş məşqçisi vəzifələrində çalışıb. Mütəxəssis həmçinin Fələstinin kişilərdən ibarət əsas millisinə və Rumıniyanın U-20 yığmasına rəhbərlik edib.
Klub səviyyəsində Yunanıstan, Rumıniya, Fələstin və Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Diamantakosun məşqçilik karyerasında U-18 qadınlar arasında FIBA Asiya Kubokunun B divizionunda və U-18 WABA turnirində qazanılan gümüş medallar, Fələstin Basketbol Liqası çempionluğu və Yunanıstanda iki liqa çempionluğu yer alır. O, həmçinin komandaları ilə FIBA Europe Cup-da ən güclü "səkkizlik"də yer alıb və FIBA U-20 Avropa çempionatını beşinci pillədə başa vurub.
Basketbol sahəsindəki fəaliyyətindən əlavə, İoannis Diamantakos psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. Onun akademik bilikləri məşqçilik və liderlik fəaliyyətinə elmi yanaşma gətirir.
Diamantakosun əsas milli komanda ilə qarşıdakı hədəfi 2026-cı ilin noyabrında və 2027-ci ilin fevralında keçiriləcək FIBA-nın qadınlar arasında 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində rəqabətədavamlı çıxış etməkdir. Bu turnir gələcək üçün mühüm təcrübə qazandırmaqla yanaşı, 2027-ci ilin yayında keçiriləcək FIBA-nın qızlar arasında U-16, U-18 və U-20 Avropa çempionatlarına hazırlıq baxımından da faydalı olacaq.