SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Paralimpiyaçımız Dünya Kubokunun qalibi oldu

Paralimpiyaçımız Dünya Kubokunun qalibi oldu

İdman

28.07.2026, 11:03

Azərbaycanın paragüllə atıcılığı üzrə milli komandasının üzvü Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.

Olimpiyadunyasi.com Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dünya və Avropa çempionu olan idmançı 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) yarışının finalında 222 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Turnirdə Azərbaycanı Kamran Zeynalovla yanaşı, Rafiq Əliyev və Aybəniz Babayeva da təmsil edirlər.

Qeyd edək ki, Dünya Kubokuna iyulun 29-da yekun vurulacaq.

Dİgər xəbərlər