XƏBƏR LENTİ
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026



Cüdoçularımız Türk Dövlətləri Universiadasında 12 medal qazanıblar
İdman 15:36 / 08.11.2023

Azərbaycan cüdoçuları Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadasında 7 medal qazanıblar. Komandamızın üzvləri 2 qızıl, 1 gümüş, 4 bürünc medala yiyələniblər. Südabə Ağayeva (70 kq) və Camal Feyziyev (+100 kq) Universiadanın qalibi olublar. Elnarə Rəşidova (+78) fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Nərmin Əmirli (78 kq), Nigar Süleymanova (+78 kq), İlkin Baxşəliyev (100 kq) və Nihad Şıxəlizadə (90 kq) isə üçüncü yeri tutublar.
Qeyd edək ki, komandamız cüdo yarışlarının ilk günündə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb.


20696 oxunub

InvestAZ