XƏBƏR LENTİ
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026



Boksçularımız Macarıstanda güclərini sınayacaqlar
İdman 17:22 / 06.02.2023

Fevralın 7-də Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək. Beş gün davam edəcək yarışda milli komandamız da mübarizə aparacaq.

Yığmamız Debretsendə İlham Əlimzanov və Zaur Məmmədovun rəhbərliyi altında 8 boksçu ilə təmsil olunacaq. Yarışda Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Nicat Hüseynov (51 kq), Əzrək Bəbirov (57 kq), Cəlal Qurbanov (63,5), Rəşid Həsənov (71 kq), Kamran Şahsuvarlı (80 kq) və Eldar Quliyev (86 kq) rinqə çıxacaqlar.

Turnirdə Elxan Quliyev isə referilər sırasında yer alacaq.

Bu gün Macarıstana yollanan komandamız fevralın 12-də Bakıya qayıdacaq.



27177 oxunub

InvestAZ