XƏBƏR LENTİ
16 Oktyabr 2025
15 Oktyabr 2025
14 Oktyabr 2025
13 Oktyabr 2025
10 Oktyabr 2025
09 Oktyabr 2025
08 Oktyabr 2025
07 Oktyabr 2025



DÇ-2022: Çempion vətəninə neçə milyonla qayıdacaq?
İdman 15:47 / 18.11.2022
Qətərdə keçiriləcək dünya çempionatının mükafat fondu 440 milyon dollar təşkil edəcək. Eyni zamanda, hər milli komanda dünya çempionatına hazırlaşmağa görə 1,5 milyon, dünya çempionatının qrup mərhələsində iştiraka görə isə 9 milyon dollar alacaq.
Dünya çempionatının qalibi rekord məbləğ - 42 milyon dollar qazanacaq.
DÇ-2022-nin pul mükafatının qalan hissəsi aşağıdakı kimi bölüşdürülür:


2-ci yer - 30 milyon dollar;

3-cü yer - 27 milyon dollar;

4-cü yer - 25 milyon dollar;

5-8-ci yerlər - hər komanda üçün 17 milyon;

9-16-cı yerlər - hər komanda üçün 13 milyon.


FİFA həmçinin, futbolçuları dünya çempionatında mübarizə aparacaq klublara əlavə olaraq 209 milyon dollar təzminat ayırıb.
"Totalsportal”ın məlumatına görə, Qətərdə keçiriləcək dünya çempionatı üçün ödənişlərin ümumi məbləği təxminən 1 milyard dollar təşkil edəcək.

24565 oxunub

InvestAZ