XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024



Məşqçilər və cüdoçular üçün seminar
İdman 11:38 / 29.09.2022
Xaçmaz Olimpiya İdman Kompleksində şimal bölgəsindən olan məşqçilər və cüdoçular üçün seminar təşkil olunub. Seminar Azərbaycan Cüdo Federasiyası (ACF) prezidentinin müşaviri, dünya mükafatçısı Natiq Bağırov, beynəlxalq dərəcəli "A” kateqoriyalı hakim Valeh Məhərrəmov, beynəlxalq dərəcəli "B” kateqoriyalı hakimlər Arzu Acalova və Akif Tahirov tərəfindən keçirilib. Seminarda cüdoçulara tatamiyə daxil olma qaydaları və hansı hallarda cüdoçuların cərimə olunacağı haqqında ətraflı məlumat verilib. Bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

12509 oxunub

InvestAZ