XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Avropa çempionatında uğurla iştirak edən cüdoçularımız Vətənə qayıdıblar
İdman 13:55 / 20.09.2022
Çexiyanın paytaxtı Praqada keçirilmiş gənclərin Avropa çempionatında iştirak edən cüdo üzrə Azərbaycan millisinin üzvləri Vətənə qayıdıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıların qarşılanma mərasimi olub.
Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər və cüdoçuların yaxınları iştirak ediblər.
Qeyd edək ki, yığma komandamız yarışı 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medala sahib çıxıb. Bundan əlavə, milli qarışıq komanda yarışında bürünc medala yiyələnib.
Azərbaycan yığması ümumi komanda hesabında ikinci yerlə kifayətlənib.

13003 oxunub

InvestAZ