XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024
15 Aprel 2024



Cüdo yığmamızın dünya çempionatı üçün heyəti açıqlanıb
İdman 11:00 / 20.09.2022
Cüdo üzrə Azərbaycan milli komandasının oktyabrın 6-da Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb. 8 gün davam edəcək mundialda ölkəmizi 11 idmançı təmsil edəcək. Yığmamıza performans direktor Mark van der Ham, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədov, böyük məşqçilər Mövlud Mirəliyev, Elçin İsmayılov və Mehman Əzizov, böyük performans analitik Zaur Babayev rəhbərlik edəcəklər.
Çempionatda qadınların yarışında Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), kişilərin mübarizəsində isə Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) tatami üzərinə çıxacaqlar.
Dünya çempionatında fərdi yarışlar oktyabrın 6-12-də, komanda yarışları isə 13-də keçiriləcək. Yarışa 80-dən artıq ölkədən 500-dən çox idmançı qatılacaq.

12248 oxunub

InvestAZ