XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Stolüstü tennisçilərimiz yeni sınaq qarşısında
İdman 15:57 / 16.09.2022
Sentyabrın 19-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində stolüstü tennis üzrə "Vit youth contender Tbilisi” turnirinə start veriləcək. Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, yeniyetmələrdən ibarət Azərbaycan millisi bu yarışda həm oğlanların, həm də qızların turnirində təmsil olunacaq. Oğlanların sentyabrın 19-dan 21-dək keçiriləcək yarışında böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə bacarıqlarını nümayiş etdirəcəklər.

Məşqçilər Elnur Hidayətzadə və Gülnarə İbrahimovanın rəhbərlik etdiyi qızlardan ibarət komanda isə sentyabrın 23-dən 25-dək davam edəcək turnirdə qüvvəsini sınayacaq. Qızların mübarizəsində Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova və Yağmur Məmmədli etimadı doğrultmağa çalışacaq.

Yarışda ədaləti beynəlxalq dərəcəli hakimlər Zaur Mikayılovla Xəyalə Qiyasova qoruyacaqlar.

12855 oxunub

InvestAZ