XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



“Nant”ın baş məşqçisi: “Növbəti matçda rəqibdən revanş almaq istəyirik”
İdman 10:19 / 16.09.2022

"Futbolda belə nəticələr qeydə alına bilər. Biz növbəti matçda rəqibdən revanş almaq istəyirik. Liqa 1-də vacib görüşümüz var. Sosial şəbəkədə yazılanlara baxmıram və çox fikir vermirəm”.
Bunu UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Bakıda Ağdamın "Qarabağ” klubuna 0:3 hesabı ilə məğlub olan Fransanın "Nant” komandasının baş məşqçisi Antuan Kambuare matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, birinci hissəni yaxşı oynadıq. Amma qol vura bilmədik. Rəqib isə bundan yararlandı. Onlara afərin deyirəm. Bizim də "Qarabağ" kimi 3 xalımız var. İlk görüşümüzdə qalib gəlmişik, bu gün isə məğlub olduq. Növbəti qarşılaşmalarda qələbə qazanmağa çalışacağıq. "Qarabağ”ın çox güclü komanda olduğunu daha əvvəl də bildirmişdim. Onların avrokuboklarda təcrübəsi daha çoxdur. Çətin olacağını bilirdik. Amma 0:3 hesablı məğlubiyyət düşünmürdüm.

11612 oxunub

InvestAZ