XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Xocalının faciəsinin 30-cu ildönümünə həsr olunmuş futbol yarışı təşkil olunub
Olimpiya oyunları 14:23 / 22.02.2022

Masallı rayon Gənclər və İdman İdarəsinin, Masallı rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə "Viləş” mini futbol stadionunda məktəblilər arasında mini futbol üzrə rayon birinciliyi keçirilib. Yarışın təşkilində əsas məqsəd 26 fevral Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etmək, rayonda futbol idman növünün kütləviliyinə nail olmaq, perspektivli idmançıları aşkar etməkdən ibarət olub.
10 komandanın mübarizə apardığı yarışın yekun nəticəsinə əsasən, Masallı şəhər 4 saylı S.Tağıyev adına Digah tam orta məktəbin komandası birinci yerə sahib çıxıb. İkinci yeri Qarğalıq kənd Ə.Vəliyev adına tam orta məktəbin komandası tutub. Yarışa qatılan Ərkivan qəsəbə 2 saylı Z.Nəcəfov adına tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb.
Yarışdan sonra qaliblər təşkilatçılar tərəfindən diplomlarla təlif olunublar.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

64698 oxunub

InvestAZ