XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Çempionlar Liqası: «Bavariya»dan yeni sürpriz, xilaskar Ronaldo
İdman 08:07 / 21.10.2021
Çempionlar Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulub. Son oyun gününə 4 qrupda 8 qarşılaşma keçirilib.
E qrupunda "Barselona" "Dinamo"nu (Kiyev) qəbul edib və qrupda ilk qələbəsini qazanıb - 1:0. "Bavariya" isə "Benfika"nın qonağı olub. Münhen klubu səfərdə 4 cavabsız qolla qalib gəlib. "Mançester Yunayted" "Atalanta"nı sınağa çəkib. İngiltərə təmsilçisi 3:2 hesablı qələbəyə sevinib. Qrupun digər qarşılaşmasında "Vilyarreal" səfərdə "Yanq Boyz"a 4:1 hesabı ilə qalib gəlib.
H qrupunda turnirin son qalibi olan "Çelsi" İngiltərədə İsveç "Malmö"sünü darmadağın edib - 4:0. Qrupun digər oyununda İtaliya "Yuventus"u Rusiyada "Zenit"dən üstün olub - 1:0.

20 oktyabr

Çempionlar Liqası

3-cü tur

E qrupu

"Barselona" (İspaniya) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:0
Qol: Pike, 36
"Benfika" (Portuqaliya) - Bavariya" (Almaniya) - 0:4
Qollar: Leroy Sane, 70; 85, Everton, 80-avtoqol, Robert Levandovski, 82

F qrupu

"Yanq Boyz" (İsveçrə) - "Vilyarreal" (İspaniya) - 1:4
Qollar: Meşak Elia, 77 - Yeremi Pino, 6, Jerar Moreno, 16, Alberto Moreno, 88, Samuel Çukvueze, 90+2
"Mançester Yunayted" (İngiltərə) - "Atalanta" (İtaliya) - 3:2
Qollar: Reşford, 53, Maquayr, 75, Ronaldo, 81 - Paşaliç, 15, Demiral, 29

G qrupu

"Zalsburq" (Avstriya) - "Volfsburq" (Almaniya) - 3:1
Qollar: Kərim Adeyemi, 3, Noa Okafor, 65; 77 - Lukas Nmeça, 15
"Lill" (Fransa) - "Sevilya" (İspaniya) - 0:0

H qrupu

"Çelsi" (İngiltərə) - "Malmö" (İsveç) - 4:0
Qollar: Andreas Kristensen, 9, Jorjinyo, 21-pen. 57-pen. Kay Haverts, 48

"Zenit" (Rusiya) - "Yuventus" (İtaliya) 0 :1
Qol: Kuluşevski, 89

18243 oxunub

InvestAZ