XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Boksçularımız qitə çempionatına qələbə ilə başladılar
İdman 17:03 / 18.10.2021
Monteneqronun Budva şəhərində gənc boksçular arasında davam edən Avropa çempionatına Azərbaycan millisinin iki üzvü qələbə ilə başlayıb.
Təmsilçilərimizdən Tural Sarıyev (48 kq) Denis Belinkini (Ukrayna) sınağa çəkib. Boksçumuz 5:0 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib. O, növbəti döyüşündə rusiyalı Nikita Poluxinlə qarşılaşacaq. Görüş oktyabrın 20-də olacaq.
Komandamızın digər üzvü Nicat Hüseynovun da debütü uğurlu alınıb. Belə ki, 51 kiloqram çəki dərəcəsində rinqə çıxan boksçumuz Kamiolo Alessionu (İtaliya) məğlub edib – 5:0. O, oktyabrın 20-də baş tutacaq dörddəbir final çərçivəsində şimali makedoniyalı Şehabi Hadi ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu gün millimizin daha 3 idmançısı yarışa qoşulacaq.

22022 oxunub

InvestAZ