XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Ədalət təmsilçimiz CEV kuboku yarışlarına təyinat alıb
İdman 14:37 / 18.10.2021
Beynəlxalq dərəcəli hakim Fikrət Axundov qadın voleybolçulardan ibarət CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarına təyinat alıb. O, turnirin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Rusiya klubları - "Uraloçka” və "Proton” arasında keçiriləcək görüşdə ikinci hakim funksiyasını yerinə yetirəcək. Matçın baş hakimi israilli İris Stojcic-Fogel olacaq. Görüş noyabrın 23-də Rusiyanın Nijnıy Taqıl şəhərində keçiriləcək.
Komandalar arasında ilk oyun noyabrın 17-də Saratovda (Rusiya) təşkil olunacaq.


19420 oxunub

InvestAZ